Ağır cəzaya hazırlıq başa çatıb.
Bunu İranın ali rəhbəri, ayətullah Seyid Əli Xaməneinin siyasi məsələlər üzrə müşaviri Əli Şamxani bildirib.
“Yalnız güc dilini anlayan rejim (İsraili nəzərdə tutur - red.) üçün ağır cəzaya hazırlıq başa çatıb”, - Əli Şəmxani vurğulayıb.
Qeyd edək ki, iyulun 31-də HƏMAS-ın Siyasi Bürosunun baş katibi İsmayıl Həniyə Tehranda iqamətgahında öldürülüb. İran hakimiyyəti bunu İsrailin törətdiyini iddia edərək bu hadisəyə görə yəhudi dövlətinə qarşı əməliyyat keçirəcəyini bildirib.
Oxunub: 112