dini radikalizm və ekstremizmlə mübarizə

Bu ölkədə günortadan sonra küçədə işləmək qadağan edildi

Bu ölkədə günortadan sonra küçədə işləmək qadağan edildi

Yunanıstan hökuməti ölkədə bəzi şirkətlərə əməkdaşlarının günorta vaxtı açıq havada işləməməsi ilə bağlı göstəriş verib.

Buna səbəb hazırda ölkədə müşahidə olunan isti hava şəraitidir.

Bildirilir ki, əsas olaraq inşaat işlərində çalışanlar, ərzaq məhsulları tədarükçüləri və kuryerlər çərşənbə axşamından cümə gününə qədər 12:00-dan 17:00-a qədər fəaliyyətlərini dayandırmalıdırlar.

Qeyd edək ki, hazırda Yunanıstanın bəzi hissələrində havanın temperaturu müsbət 42-43 dərəcəyə çatır. Ölkədə temperaturun iyulun sonuna qədər enməyəcəyi gözlənilir. Burada ötən ay 6 turist isti hava səbəbindən vəfat edib.

Oxunub: 93
Oxşar xəbərlər
SON XƏBƏRLƏR