Mingəçevir Dövlət Universiteti (MDU) 2024/2025-ci tədris ili üçün tələbə qəbulu ilə bağlı yeni qərar təsdiqlənib. Qərara əsasən universitetə 500-dən yuxarı bal toplayaraq qəbul olunacaq tələbələrə topladığı bala uyğun olaraq birdəfəlik təqaüdün verilməsi nəzərdə tutulub. Bu qərar təhsilalanların stimullaşdırılmasını və MDU-nun inkişafında pay sahibi olmaları üçün yüksək bal toplayan abituriyentlərin cəlb edilməsi məqsədini daşıyır.
Nəzərdə tutulan təqaüd proqramı ilə yanaşı, 2024/2025-ci tədris ilinin ikinci semestrindən etibarən MDU-da kurslar üzrə tələbələrə “Top 10” və müxtəlif qurumlarla əməkdaşlıqlar çərçivəsində adlı təqaüdlərin verilməsi də planlaşdırılır. Bu təşəbbüslər tələbələrin akademik müvəffəqiyyətini və motivasiyasını artırmaq məqsədi daşıyır.
Oxunub: 321