dini radikalizm və ekstremizmlə mübarizə

Pelleqrini: Baş nazirə sui-qəsd Slovakiya demokratiyası üçün görünməmiş təhlükədir


Dövlətin ən yüksək səviyyəli nümayəndələrindən biri olan Baş nazir Roberto Fikoya qarşı sui-qəsd Slovakiya demokratiyası üçün görünməmiş təhlükə yaradır.

Bu barədə Slovakiyanın seçilmiş Prezidenti Peter Pelleqrini sosial şəbəkədəki səhifəsində bildirib.

“Fərqli siyasi baxışlara nifrətin nəyə gətirib çıxara biləcəyindən dəhşətə gəlirəm. Biz hər şeydə razılaşmaq məcburiyyətində deyilik, lakin fikir ayrılığımızı demokratik və hüquqi yolla ifadə etməyin bir çox yolu var”, - o yazıb.

Pelleqrini onu da əlavə edib ki, insanlar müxtəlif siyasi fikirləri seçki məntəqələrində deyil, küçələrdə silahla ifadə etsələr, Slovakiyanın müstəqil olduğu son 31 ildə qurduğu bütün demokratik dəyərləri təhdid etmiş olacaqlar.

“Baş nazirə tezliklə sağalmağı arzulayıram və həqiqətən də belə mənasız və qəddar hərəkətin ümumbəşəri qınaq obyektinə çevrilməsini istəyirəm”, - o deyib.

Qeyd edək ki, Peter Pelleqrini 2024-cü il aprelin 7-dən Slovakiya Prezidenti seçilib və bu il iyunun 15-də rəsmi olaraq vəzifəsinin icrasına başlayacaq.

Oxunub: 114
Oxşar xəbərlər
SON XƏBƏRLƏR