dini radikalizm və ekstremizmlə mübarizə

Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov beynəlxalq elmi konfransda iştirak edib


Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında keçirilən beynəlxalq elmi konfransda iştirak edib.
Konfransın mövzusu “Yaşıl artım və dayanıqlı inkişaf” idi.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli geniş açılış nitqi söyləyib və konfransın AMEA, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fizika İnstitutu və akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun birgə təşkilatçılığı ilə ərsəyə gəldiyini bildirib.
BMT-nin Ətraf Mühit Proqramının Avropa regionu üzrə koordinatoru Mahir Əliyev “Yaşıl dünya: yeni inkişaf perspektivləri” mövzusunda məruzə etdi.
Tədbirdə AMEA-nın birinci vitse-prezidenti v.i.e. akademik Arif Həşimov, Milli Məclisin Səhiyyə Komitəsinin sədri akademik Əhliman Əmiraslanov, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov və digər natiqlər çıxış ediblər.
Rektor Şahin Bayramov çıxışında konfransı “Yaşıl dünya naminə həmrəylik ili” və ölkəmizdə keçiriləcək COP29 çərçivəsində reallaşdırılan fəaliyyətlərə töhfə olaraq dəyərləndirib, dayanıqlı inkişaf məqsədinə və yaşıl artım hədəfinə çatmaq üçün həyata keçirilməli olan strateji fəaliyyətlər barədə danışıb. Yaşıl düşüncəli və dayanıqlı inkişaf təfəkkürlü kadr hazırlığının önəmini vurğulayan rektor davamlı iqtisadi inkişafa dair konsepsiyaların əsas komponentlərini diqqətə çatdırdı, anoloji birgə elmi tədbirin yaxın gələcəkdə Mingəçevir Dövlət Universitetinin (MDU) evsahibliyi ilə keçirilməsi təşəbbüsünü irəli sürüb.
Rektor Şahin Bayramov maraqlı və faydalı konfransın təşkilatçılarını bir daha təbrik edir, dəvətə görə təşəkkürlüyünü bildirib.






Oxunub: 87
Oxşar xəbərlər
SON XƏBƏRLƏR