dini radikalizm və ekstremizmlə mübarizə

Ehtibarlı şəxsiyyət...


Əslən Yardımlı rayonunun Horonu kəndindəndən olan,Sumqayıt şəhərində yaşayan,Yardımlı Xeyriyyə Cəmiyyətinin təməlini quranlardan biri,hal-hazırda İdarə Heyyətinin üzvü Bəylər Əzizovun 16 fevral 2024-cü ildə ad günü-şad günüdür.
Bəylər müəllimi yaxşı tanıyanlar deyir ki,90-cı illərdə Bəylər Əzizovu necə görmüşüksə,elə də qalıb.Fiziki çəkisinə rəğmən çevik davranışı,qıvraqlığı,hərəkəti,böyüklə böyük,kiçiklə kiçik tərzi,hər sahəyə marağı,təmkini,hətda gözəlliyə,,dünyanı gözəllik xilas edəcək,,kəlamının bəraəti və deyimi və baxmağı belə dəyişməyib.Bəylər müəllim,şablonçuluqdan uzaqdır.Görüb-götürmüş adamdır.Hər kəsnən necə zarafatlaşmağı bilir.Zarafatları çox çeşidlidir.Bəylər müəllim,Bəylər,dayı,əmi,Əzizov Bəylər ,çörək Bəylər,ağsaqqal,qardaş,iş adamı,sahibkar və cair ...Kim üçün necə rahat,və xoşdursa ,eləcə də müŕaciət edir.Amma heç şübhəsiz ,bütün tanıtım nişanlarının mahiyyətində bir keyfiyyət görünür:yaxşı adam.Və könlünə yatan insanlara da həmişə yüksək qiymət verir.Şəxsən mənə olan hörmət və ehtiram əlaməti olaraq məndən yaşca böyük olsada telefonunun kontaktında Əsəd əmi olaraq qeyd edib.Buda mənə olan müsbət münasibətinin bariz nümunəsidir.Onun söhbətlərinə nə qədər qulaq assam doymuram,daha da özüm üçün bir dərs götürürərəm,hər kəlməsi ağsaqqallığını biruzə verir.
Bəylət müəllim ən əsası ehtibarlı adamdır.Köhnə kişilərə məxsus dəyanətlə duz-çörək qədri biləndir.Adamlarla vəzifəsinə görə deyil,adamlığına görə ünsiyyət saxlayır.Onun dostluq siyahısında hər kateqoriyadan adam tapmaq mümkündür.Elin xeyir-şərində Bəylər Əzizov dostu Hacı Gülağa ilə başda olur.Özüdə kimsəyə minnət qoymadan olurlar.Aqillər söyləyib ki,başqalarına hökm edən qüvvətlidir,özünə hökm etməyi bacaran isə qüdrətlidir.Onun qüdrəti nümunəvi ailəsində,əxlaqi dəyərlərdə böyümüş,tərbiyə olunmuş övladlarındadır,yurd sevgisindədir.Onun qüdrəti dövlətə,dövlətçiliyə bağlılığıdır.Bu qüdrəti,bu dürüstlüyü böyüyüb başa çatdığı Hacı Abbas kişinin ocağından bəhrələnib,qidalanıb.Və atadan həzm etdikləri bütün saf işləri davam etdirir.Bəylər müəllim bu uğura asanlıqla gəlib çıxmayıb.Təcrübə yaşda deyil,yaşamaqdadır.Çətinlikləri birər-birər yaşayıb,acısınl dadıb.Amma güclü iradəsi,ağlı ona imkan verib ki,ehtiyac saatlarını unutsun,təcrübə dərsini yadda saxlasın.Bir şeyi özümə bağışlamıram.Kaş belə bir şəxsiyyəti çoxdan tanıyaydım,...Amma heyfslənmirəm ki,indi Xeyriyyə Cəmiyyətində birgə addımlayıb,onun təcrübəsindən dadıb,bəhrələnirəm.İndiyə qədər həm doğma kəndi Horonuda,həmdə yaşadığı Sumqayıt şəhərində gördüyü xeyriyyə işlərini saymaqla qurtarası deyil.Yazmağa da ehtiyac yoxdir,həmdə sadalamaq özünün xoşuna gedən əməl deyil.Həmişə deyir-Allaha xatir.Bir dəfə Yardımlı eloğullarımdan kiminləsə həm söhbət oldum.Adı yadımda deyil.Dedi ki,Vəfat edənə qədər Sumqayıtda hamı rəhmətlik Nərçə Ağayevi bu şəhərdə məskunlaşmış yardımlılar onu el ağsaqqalı qəbul edirdilər.O qədər zəngin təcrübəyə malik olub ki,təhlilləri həmişə obyektiv olub.Və ona sual veriblər daha doğrusu gileyləniblər ki,ağsaqqallar niyə özlərindən sonra kimsə yetişdirmirlər.Nərçə Ağayev cavabında belə deyib-,,Ağsaqqalı kimsə yetişdirmir,bunun üçün Allahın təyinatı və zəngin mühit gərəkdir.Birdə ki,darıxmayın ,ağsaqqal yetişir-Hacı Abbasın oğlu Bəylər.Allah sizi rəhmət eləsin Nərçə kişi. Sizin nə vaxtsa dediyiniz söz gerçək oldu. Hərtərəfli biçilmiş,özünü bütün sahələrdə göstərmiş dahi bir ağsaqqallımız var-Bəylər müəllim.
16 fevral ad günü münasibəti ilə sizi öz adımdan, Yardımlı Xeyriyyə Cəmiyyətinin sədri adından,İdarə heyyəti və NTK adından,cəmiyyətin üzvləri adından,bütün Yardımlılar adından və Bəylər sevərlər adından səmimi qəlbdən təbrik edirəm. Şad günün mübarək. Ağsaqqallığın əbədi olsun!

Əsədulla Sadıqov-publisist

Oxunub: 433
Oxşar xəbərlər
SON XƏBƏRLƏR