dini radikalizm və ekstremizmlə mübarizə

Rusiya yazıçı Boris Akunini beynəlxalq axtarışa verib

 



Rusiya Federasiyasında xarici agent kimi tanınan, terrorçu və ekstremistlər siyahısına daxil edilən yazıçı Boris Akunin (əsl adı Qriqori Çxartişvili) beynəlxalq axtarışa verilib.

Bu barədə Moskva şəhərinin ümumi yurisdiksiya məhkəmələrinin mətbuat xidmətindən məlumat verilib.

Bundan əlavə, Moskvanın Basmannı rayon məhkəməsi Akunini iki ay müddətinə qiyabi həbs edib. Həbs müddəti yazıçının Rusiya ərazisində faktiki saxlandığı və ya Rusiya hüquq-mühafizə orqanlarına təhvil verildiyi andan hesablanır.

O, Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 205.2-ci maddəsinin 2-ci hissəsi (“Terrorçuluğa ictimai bəraət”) və 207.3-cü maddəsinin 2-ci hissəsinin “e” bəndi (“Rusiya ordusunun tətbiqi barədə bilə-bilə yalan məlumatın açıq şəkildə yayılması”) ilə ittiham olunur.

Dekabrın 18-də Rosfinmonitorinq yazıçını terrorçu və ekstremistlər siyahısına daxil edib, dekabrın 12-də isə Rusiya Ədliyyə Nazirliyi onu xarici agent kimi tanıyıb.

Ədliyyə Nazirliyinin məlumatına görə, Akunin Ukraynada aparılan müharibəyə qarşı çıxıb, Rusiya Federasiyası və Rusiya Silahlı Qüvvələrinin mənfi imicini yaratmağa yönəlmiş yalan məlumatlar yayıb, həmçinin Ukrayna ordusuna dəstək üçün vəsaitin toplanmasında iştirak edib.

Qeyd edək ki, Akunin detektiv əsərlər yazan yazıçıdır. Yazıçının 1914-cü ildə Bakıda baş verən hadisələrdən bəhs edən “Qara Şəhər” romanı da var.(Lenta)

Oxunub: 91
Oxşar xəbərlər
SON XƏBƏRLƏR