dini radikalizm və ekstremizmlə mübarizə

Bu ay Əliyev-Paşinyan görüşü olmayacaq - RƏSMİ



Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyan vaxt məhdudiyyətinə görə ayın sonunda Brüsseldə görüşməyəcək.

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar APRI forumuna videomüraciəti zamanı deyib.

Xatırladaq ki, rəsmi Bakı İspaniyanın Qranada şəhərində keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Azərbaycan, Ermənistan, Fransa, Almaniya və Aİ liderlərinin iştirakı ilə keçirilməsi nəzərdə tutulan beştərəfli görüşdən Parisin mövqeyi və Türkiyə tərəfinin də qatılmasına razılıq verilməməsi səbəbindən imtina edildiyini açıqlamışdı.

Bundan sonra Belçikanın paytaxtı Brüssel şəhərində ənənəvi formata uyğun olaraq ay ərzində Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə üçtərəfli görüşün keçirilməsi planlaşdırılmışdı.

Oxunub: 83
Oxşar xəbərlər
SON XƏBƏRLƏR