dini radikalizm və ekstremizmlə mübarizə

“Security Operation Services” Anım Günündə Şəhidlər xiyabanını ziyarət edib - FOTOLAR


27 sentyabr – Anım Günü ilə əlaqədar “Security Operation Services” (SOS) MMC-nin əməkdaşları şəhid məzarlarını ziyarət ediblər.

Əvvəlcə “SOS” MMC-nin nümayəndələri İkinci Fəxri Xiyabana yollanıblar. Mərasim iştirakçıları ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan qəhrəmanlarımızın məzarlarını ziyarət edib, ruhlarına dualar oxuyublar. Cəbrayıl-Füzuli istiqamətində gedən döyüşlərdə xüsusi təyinatlıların tərkibində döyüşərək böyük şücaət göstərmiş Vətən müharibəsi qəhramanı Dövlətzadə Cəbrayılın şəhidlik zirvəsinə ucaldığı gün ilə əlaqədar məzarı önünə əklil qoyublar.

Daha sonra “SOS” MMC-nin 100-dən artıq əməkdaşı şəhidlərin əziz xatirələrinə ehtiram əlaməti olaraq, İkinci Fəxri Xiyabandan Şəhidlər Xiyabanına doğru yürüş təşkil ediblər. “SOS” MMC-nin əməkdaşları yürüş zamanı, “Şəhidlər Ölməz, Vətən Bölünməz!”, “Qarabağ Azərbaycandır!”, “Vətən, sənə canım fəda!” şüarları səsləndiriblər. “SOS” MMC-nin kollektivi Şəhidlər Xiyabanını ziyarət edərək, Şuşa uğrunda gedən döyüşlər zamanı şəhid olmuş Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun məzarı önünə əklil qoyublar.

Ardınca “SOS” MMC-nin xidməti əməkdaşları Hərbi Qənimətlər Parkına yollanıblar. Burada Şuşaya girməyə cəhd edərkən, Albert Aqarunov tərəfindən məhv edilən, erməni Qaqik Avşaryanın idarə etdiyi 442 nömrəli tankı ziyarət ediblər. Xatırladaq ki, sentyabrın 19-da Qarabağ iqtisadi rayonunda qondarma “rejim”ə qarşı başladılan antiterror tədbirləri uğurla yekunlaşıb və bundan sonra ermənilərin “qələbə” simvoluna çevrilən həmin tank Bakıdakı Hərbi Qənimətər Parkına gətirilib.

Onu da qeyd edək ki, “SOS” MMC-nin xidməti əməkdaşları eyni zamanda, ölkənin digər şəhər və rayonlarında da rəhbər heyət və əməkdaşlarla birlikdə həmin rayonlar üzrə Şəhidlər Xiyabanını ziyarət ediblər.
















Oxunub: 366
Oxşar xəbərlər
SON XƏBƏRLƏR