dini radikalizm və ekstremizmlə mübarizə

Nazir müavini ölkəyə keyfiyyətsiz dərman gətirilməsindən DANIŞDI



Keyfiyyətsiz dərman vasitələrinin bazara necə daxil olması məsələsinə aydınlıq gətirilib.

Bu barədə səhiyyə nazirinin müavini Rasim İsmayılov Milli Məclisin növbədənkənar sessiyasının iclasında danışıb.

“Etiraf edək ki, bu kimi dərman vasitələri təkcə şəxsi istifadə məqsədi ilə olmur. Bu kimi vasitələrdən eyni zamanda şəxsi maraqlar üçün də istifadə olunur. Belə halların qarşısının alınması üçün Səhiyyə Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və Gömrük Komitəsi arasında danışıqlar aparılacaq”,- deyə o bildirib.

Milli Məclisin sədri Sahibə Qafarova isə vurğulayıb ki, Səhiyyə Nazirliyi bununla bağlı araşdırma apardıqdan sonra məlumat versə, yaxşı olar: “Siz qeyd etdiniz ki, Səhiyyə Nazirliyi bununla bağlı araşdırma aparacaq.Yaxşı olardı ki, araşdırma aparıldıqdan sonra Səhiyyə Komitəsinə də məlumat verilsin”.

Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən iclasında bəzi deputatlar dərmanların keyfiyyətsiz olmasından şikayətləniblər.

Oxunub: 139
Oxşar xəbərlər
SON XƏBƏRLƏR