dini radikalizm və ekstremizmlə mübarizə

ƏN YENİ RUBRİKA:


MƏRYƏMİN GÜL KİMİ SÖZLƏRİ

...Məryəmin adıyla bağlı bu səhifəni şəxsi profilimdə açmağım da təsadüfü və səbəbsiz deyildir.Əgər bu dünyada "Vunderking"olmasaydı və marağımı bürüməsəydi...bu addımı heç atmazdım da.Hələ 5 yaşı yenicə tamam olubdur.İstiqanlıdır,adama yovuşandır,özünü çox sevdirəndir.Sözə baxanan,həm də özünü sevdirəndir.Şirin-şəkər,alabəzək dilləri var onun...Amma ağlayanda üzünü görmə! Bilmirəm,adının mənasındandırmı,ya yox...yamanca inadkardı,tərsdir...necə deyərlər, həm də üsyankardı!
Yeri gələndə isə hikkəli,ədalı və tez küsəyəndir.Xoşuna gələni,bəyəndiyini səndən almasa əgər,əl çəkən deyil,bu balaca Məryəm!
...Anam Minarənin nəvəsi...qızım Minarənin qızıdır.Anamın nəticəsi,mənim isə qız nəvəmdir,Məryəm!.. İvrit dilində "Uca","Qəlbi"...və "Dənizlərin xanımı,İlahəsi" deməkdir,onun adının mənası.Məryəm həm də İsa peyğəmbərin müqəddəs anasının adıdır!
Nəvəm olduğuna görə demirəm ha!..Onun özünə xas uşaq baxış bucağı,xaotik fərdi yanaşma tərzi və kiçik seqmentli görüş dairəsi var.Bir az da hazırcavablığı,baməzə danışığı,bədahətən ağıla gəlməyən təzə-tər fikirləri ilə seçilir,bu, Məryəm...Oyuncaqları çox sevsə də, özündən qat-qat böyük adamlarla danışıb-söhbət etməyi xoşlayandı!..Nadincliyi,şıltaqlığı,dəcəlliyi də var,bizim Məryəmin!
İndi isə onun bir az gülməli və bir az da düşündürücü,baməzə həyat etüdlərindən,yaşam tərzindən bir neçəsini sizlərə ərmağan edirəm!

Ata da Valeh kimidir!

Qonşuluqda kirayənişin yaşayan Valeh adlı bir kişidən Məryəm yaman qorxurdu.Nədən ki,onun sallanan qaş-qabağını,zəhmli sifətinini görəndə Məryəm dilxor olardı.Və hətta qaçıb onun gözündən gizlənərdi də...Nədən ki,Məryəmə "yola çıxma",- deyib,onu bərk-bərk hədələyər,üstünə qışqırardı da...
...Bir gün nadinclik etdiyinə görə atası Məryəmə möhkəm acıqlanır.
Məryəm isə qorxusundan qaçaraq ağlaya-ağlaya anasının qucağına sığınır...
Anası elə bilir ki,Məryəm yenə də kirayənişin Valehin qorxunc üzünü görüb ki,belə edir.Odur ki,onu sakitləşdirib
deyir:
-Yenə Valeh əmiydi,səni belə qorxutdu?
-Yoox,ana.Bu dəfə ata da elə Valeh kimiydi!

Kəsib atıram...

Məryəm qayçını götürüb güzgünün önündə duraraq gözünün üstünə düşən saçını bir-bir kəsirmiş.Birdən anası bunu görüb onun üstünə qışqırır:
-Ay qız,sən nə edirsən?
Məryəm vəziyyətdən çıxmaq üçün əlindəki kəsdiyi bir çəngə saçı və onun üstündəki gözlə görünçəyən "heç nəyi" göstərib:
--Görmürsən,bu bit-birəni,deyirsən ki, qızının başına düşsün,ona görə də kəsib atıram də?!

İstəmərəm...

Məryəm, anasının böyük bacısı tərəfindən məzəmmət olunduğunu görür:
-Yenə də döşəmənin üstündə ayağı corabsız gəzirsən? -Bilmirsən,adam ayağından su içib... soyuqlayıb,ölür?
Məryəm bu sözləri eşitcək corablarını tez soyunaraq qaçıb anasının yanında dayanır.
Bu heyni xalası onun da üstünə acıqlanır:
-Sən nə iş gördün,ay bala,corabını niyə çıxartdın?
-Deyirsən,anam tək ölsün,mən də belə etdim ki, onunla birgə öləm?-deyə Məryəm cavab verir.

Dəvəmi al,gətir

Məryəm Ad günü ərəfəsində babasına üz tutub deyir:
-Babacan,ad günümdə mənə nə alacaqsan?
-Əlbəttə,dəvə.
-Dəvə nə olan şeydir?
Övladda nəvə nədirsə,dövlətdə də elə odur,bala.
Məryəm bir şey anlaya bilməsə də qayıdıb deyir:
-Eybi yoxdur,baba,yəqin gücün ona çatır.Ad günümdə elə o dəvə dediyini alıb...gətirərsən!

Həsən ORUCOGLU

Oxunub: 321
Oxşar xəbərlər
SON XƏBƏRLƏR