Djb az xəbər verir.Qazi Anar Məmmədov vətən uğrunda bir qolunu qurban verən igidlərdən biridir.
Qazımızın oğlan övladına həkim sinir-əsəb problemi diaqnozu qoyub. Maşınını satıb övladını müalicə etmək niyyətində olan Anar Məmmədov, XTQ zabiti olan Elmar İlqar oğlu Səmədova maşını satış məqsədi ilə (generalnı ehtibarnamə ilə) etibar edir. Anarın etibarından sui-istifadə edərək Səmədov Elmar İlqar oğlu maşını satıb, pulunu isə maşının sahibi olan Anara Məmmədova verməyərək mənimsəyib. Araşdırma zamanı məlum oldu ki, Elmar Səmədov tərəfindən 70-ə yaxın insanın başına eyni oyunu açılib.
O, bir milyondan çox pul mənimsəyib. Dələduzluq edən Elmar xidmət etdiyi hərbi hissədən 40 gün fərarilik edib. 10 günə yaxındır hüquq mühafizə orqanları tərəfindən saxlanılmasına baxmayaraq, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu nəzarətində sərbəst buraxılıb.
Maraqlısı odur ki, 70 yaxın insanı dolandırdığı halda dələduzluqla məşğul olan E. Məmmədov 40 gün fərarilik etməsina baxmayaraq 70-ə yaxın şikayyətçi olduğu halda bu günə kimi niyə məsuliyyətə çəlb olunmur? Azər Nəsirov tərəfindən Lənkəran şəhər Hərbi Prokrorluğunun müstəntiqi Vasif müəllimə ünvanladığı suallara cavab olaraq Vasif müəllim hələki araşdırma getdiyini bildirib.
P.S.İnaniriq ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu,
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti,
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Dövlət qurumları bu məsələni nəzarətə götürəcəklər.
Oxunub: 325