dini radikalizm və ekstremizmlə mübarizə

31 Mart Soyqırımı memorial kompleksi.



Bu gün Azərbaycan həqiqətlərinin dünyada yayılması istiqamətində görülən işlərin miqyası daha şox artmışdır.Təəsüflər olsun ki, ölkəmizin son iki yüz illik tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımları, müsibətlərlə dolu səhifələrdə yazılıb.Lakin sevindirici hal odur ki, Respublikamız da bu məsələdə Dövlətimizlə yanaşı,

Heydər Əliyev Fondu da çox mühüm və tarixi işlər görür,görməkdədir.

Birinci vitse-prezident Mehriban xanımın rəhbərliyi ilə Fond həm ölkədən kənarda,həmdə ölkəmizdə bu istiqamətdə çox mühüm layihələr reallaşdırır.Heydər Əliyev Fondunun dəstəyi ilə Quba Soyqırımı Memorial Kompleksinin yaradılmasını misal göstərə bilərəm.Belə ki, Fondun bu məsələyə necə həssas yanaşdığı

nın şahidi oluruq.Quba soyqırımı məzarlığı 2007-ci ildə həmin ərazidə torpaq işləri görülərkən aşkar edilmişdir.Elə həmin ilin iyul ayındanda Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işlərinə başlanılmışdır.2008-ci ilin sentyabrında isə tədqiqat işləri başa çatdırılmışdır.Tədqiqat nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdiyi soyqırımı ilə bağlı olduğu müəyyən edilmişdir.2013-cü il sentyabr ayının 18-də Quba Soyqırımı MemorialKompleksinin açılışı oldu.Fikrimi bu mərasimdə iştirak edən ölkə Prezidenti İlham Əliyevin çıxışı ilə davam etmək istəyirəm

.Çıxışı zamanıPrezident qeyd etdi : “Sovet dövründə təbii ki,tarix təhrif edildiyi üçün bu həqiqətlər bizdən gizlədilirdi.Uzun illər Azərbaycan xalqının qanını axıdan quldurlar, onların da mənfur adları orada göstərilir, Şaumyan və onun kimiləri bizə qəhrəmanlar kimi təqdim edilirdi.Hesab edirəm ki, bu, böyük faciədir!Çünki uzun illər xalqımıza qarşı amansızlıqla vəhşilik törədən ünsürlər sovet tarixində qəhrəman kimi təqdim edilirdi, onların şərəfinə abidələr ucaldılırdı.

Yalnız müstəqillik dövründə biz həqiqi ədaləti bərpa etdik".

Onu da qeyd etmək istəyirəm ki, bu Kompleks açılandan bəri onu milyondan artıq insanın, o cümlədən 200 minə yaxın xarici qonaqların və onlarla rəsmi xarici nümayəndə heyətlərinin ziyarət etməsi, ölkəmizdə azərbaycanlıların soyqırımı tarixini əks etdirən yeganə təyinatlı ideoloji mərkəz, kompleksin geniş anlamda dəyərini göstərir.Beləliklə təkcə Quba qəzasın- da deyil, Bakı quberniyasının Cavad, Göyçay, Şamaxı və Bakı qəzalarında törədilmiş soyqırımına dair məlumatlar əks olunan müxtəlif tarixi sənədlər saxlanılır. Nəhayət sonda vurğulayım ki, hər il dövlətimiz və xalqımız 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd edir,dünya xalqlarının diqqətini bu faciəyə cəlb edir.

Vüqar Məmmədov.
Saatlı "Araz-Şöhrət" şirkətinin direktor müavini

Oxunub: 186
Oxşar xəbərlər
SON XƏBƏRLƏR