dini radikalizm və ekstremizmlə mübarizə

“ZƏFƏR YOLU”MÜHARİBƏ İŞTİRAKÇILARINA VƏ ŞƏHİD AİLƏLƏRİNƏ HUMANİTAR DƏSTƏK İCTİMAİ BİRLİYİNİN, “TƏBƏSSÜM YARAT”XEYRİYYƏ CƏMİYYƏTİNİN VƏ NUR ART HOUSE QALEREYASININ TƏŞKİLATÇILIĞI İLƏ ŞƏHİD ÖVLADLARINA HƏSR OLUNMUŞ NOVRUZ BAYRAMI MÜNASİBƏTİLƏ TƏDBİR KE



Bayramlar içində bir bayram var: ən əziz, ən doğma, ən sevimli bir bayram – Novruz bayramı! Uzun illər taleyinə ağrı-acı düşən, lakin unudulmayan bu bayram bizim milli bayramımızdır.
Novruz «təzə il» deməkdir, baharın ilk günüdür. Bütün müsəlmanların həyatında əsl yeni ilə həmin gündən başlanır. Novruzun gəlişi ilə evlərə, ailələrə yeni büsat, şadlıq və sevinc gətirir. Hamı çalışır ki, bu bayramı yüksək təntənə ilə, ürək sevinci ilə, qəlb fərəhi ilə qarşılasın. “Zəfər yolu “Müharibə İştirakçılarına və Şəhid Ailələrinə Humanitar Dəstək İctimai Birliyinin, “Təbəssüm Yarat”Xeyriyyə Cəmiyyətinin və Nur Art House qalereyasının təşkilatçılığı ilə hər il olduğu kimi bu ildə ənənəsinə sadiq qalaraq Vətənimizin, torpaqlarımızın işğalı üçün canlarından keçən qəhrəmanlarımızın övladlarının bir azda olsa sevinmələri üçün şənlik hazırlayıb hədiyyələrini çatdırdılar . Tədbiri giriş sözü ilə Pərvanə Salmanqızı açıq elan etdi, dövlət himni səsləndirildi, Torpaqlarımız uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Kosa və keçəlin, Bahar qızının şən məzəli tamaşası,Maşa personajının ,Klounun gəlişi uşaqların sevincinə səbəb oldu .Körpə fidanların təqdimatında şeirlər,mahnılar,milli və xarici ölkələrin rəqsləri müşayiət olundu. Şəhid Vüsal Babayevin övladının 6 yaşı tamam olurdu, bu mövludun xəbəri hər kəsin sevincinə səbəb oldu .Balamıza xoş günlər görməsini , atasının adına layiq övlad olmasını və vətənpərvər ruhda tərbiyə olunması arzulandı.Tədbirdə göstərdikləri diqqətə görə bir neçə Şəhid ailələri fəxri fərman, təşəkkürnamə ilə təltif olundular . Tədbirin təşkil olunması üçün şərait yaratdıqlarına görə “Zəfər yolu “Müharibə İştirakçılarına və Şəhid Ailələrinə Humanitar Dəstək İctimai Birliyinin, “Təbəssüm Yarat”Xeyriyyə Cəmiyyətinin və Nur Art House qalereyasının rəhbərliyinə təşəkkürümüzü bildiririk.






Oxunub: 137
Oxşar xəbərlər
SON XƏBƏRLƏR