dini radikalizm və ekstremizmlə mübarizə

Macarıstan nazirinin qızı Türkiyədə axtarış-xilasetmə işlərinə QOŞULDU

Macarıstan nazirinin qızı Türkiyədə axtarış-xilasetmə işlərinə QOŞULDU


Macarıstanın ictimai diplomatiya üzrə dövlət naziri Zoltan Kovacs, qızı və itinin Türkiyədə baş verən zəlzələlərdən sonra axtarış-xilasetmə işlərində iştirak etdiyini bildirib.

Kovacs Macarıstanın Ankaradakı səfirinin Macarıstanın axtarış-xilasetmə qrupunun işini əks etdirən yazısına istinad edərək, "Qızımı görməkdən qürur duyuram. İlka və Nila Türkiyədə həyatları xilas edir" yazıb.

Kovacs daha əvvəl qızı İlka və iti Nilanın Macarıstan İslahatçı Kilsə komandası ilə birlikdə axtarış-xilasetmə işləri üçün Türkiyəyə getdiyini bildirmişdi.

Oxunub: 153
Oxşar xəbərlər
SON XƏBƏRLƏR