dini radikalizm və ekstremizmlə mübarizə

31 dekabr 2022-ci il tarixdə "ƏDALƏT İŞIĞINDA" Ədəbi-bədii məclisində Azərbaycanımızın dəyərli söz ustaları və Poeziya sevərlərimiz ilə görüşümüz oldu.


"Ədalət işığında" ədəbi məclisin sədri, AYB və AJB-nin üzvü, hüquqşünas, şair-publisist Ədalət Əroğlu Məclis üzvlərini salamlayaraq ədəbi məclisi açıq elan etdi. Məclisin Sədri Vətənimizin uğrunda Qəhrəmancasına canlarından keçən bütün Şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra Azərbaycanımızın Dövlət Himni səsləndi. Döyüşlər zamanı xəsarət alan Müharibə Veteranları, Qazilərimizə Allahdan can sağlığı, sağlam ömür arzuladıqdan sonra Qəhrəman Şəhidlərimizin vətəndə keçdiyi yollardan söz açıb, hal-hazırad vətənimizin keşiyin çəkən hər bir Əsgər və Zabitlərimizə can sağlığı arzu etdi.
Ədəbi Məclisin sədir qeyd edərək bildirdi ki, bu gün 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan Yeni il-2023-cü il gəlir. Bu əziz günlər ilə əlaqədar bütün Dünya Azərbaycanlılarımızı Təbrik edən sədr 2023-cü ilin Şəhidsiz il olmasını və eləcə də qarşıdan gələn illər ərzində Millətimizə xoş arzu və diləklərini bildirdi!
2023-cü ildə Məclis üzvlərinə və Dünya Azərbaycanlılarına bildirdirdikdən sonra sədr çıxış edərək Yeni ildə hər kəsə can sağlığı, gələcək işlərində uğurlar, bol-bol ruzi-bərəkət arzuladı.
Bu əziz günlər münasibəti ilə Direktoru olduğu "İZZƏT" MMC Hüquq Xidməti və Təhsil Mərkəzinin Kollektivi və eləcə də sədri olduğu "Ədalət işığında" ədəbi məclisin yazar üzvlərin Təbrik edib onlara gələcək ömür yollarında can sağlığı, işlərində uğurlar dilədi.
Bundan sonra ədəbi məclis öz işini həmişəki kimi davam etdirdi.
Məclisdə gənc şair Gülbikə Xanım, "İZZƏT" MMC Təhsil Mərkəzinin müəllimlərindən Əliyeva Gültac müəllimə, Rəqsanə müəllimə, Rus Dili danışıq dilili üzrə tədris müəllimi Günay Salmanova, Menecer Aminə Xanım, məsləhətçi Zərəfşan xanım, Tibb bacısı müəlliməsi Vüsalə müəllimə, gənc qiraətçilər, tələbələr və s. dinləyicilər iştirak etdilər. Məclisdə iştirak edən Poeziaya sevərlərin hər biri "Ədalət işığnda" ədəbi məclis barədə xoş arzularını bildirdilər.
Sonda çay süfrəsində 2023-cü il münasibəti ilə hazırlanmış tortumuzu kəsdik.
Məclisdə iştirk edən və ürəyi bizimlə olan, müəyyən səbəblərdən məclisimizə qoşula bilməyən dəyərli şairlərimizə, istedadlı gənclərimizə də təşəkkür edirəm.
Hörmətlə:
AYB və AJB-nin üzvü,
Hüquqşünas, şair-publisist,
Qafarov Ədalət izzət oğlu (ƏROĞLU)




Oxunub: 426
Oxşar xəbərlər
SON XƏBƏRLƏR