dini radikalizm və ekstremizmlə mübarizə

Bakıdan Rusiya sərhədinə qədər çəkilən pullu yol nə zaman istifadəyə veriləcək?


“Bakıdan Rusiya sərhədinə qədər çəkilən yeni yol bu ilin mayında istifadəyə veriləcək”.

Bu sözləri Bizim.Media-ya özəl olaraq millət vəkili Vahid Əhmədov deyib.

Deputat bildirib ki, pullu yolun açılması ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi ilə söhbət edib:

“Agentlikdən mənə dedilər ki, yolun tamamlanma işləri son mərhələdədir. Bütün məsələlər dəqiqliklə bir daha nəzərdən keçirilir ki, yol açıldıqdan sonra hər hansı problem yaranmasın”.

Vahid Əhmədov yolun açılışının ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi günlərinə təsadüf edəcəyini bildirib:

“Mən də hesab edirəm ki, bu çox gözəl bir tədbir olacaq və həmin günlər üçün xalqımıza hədiyyə ediləcək. Ulu öndər həmişə xalqımızın rifahını düşünüb, onun 100 illiyində belə bir böyük layihənin tamamlanaraq açılışı tam yerinə düşər”.

Deputat sonda onu da qeyd edib ki, bu günlərdə bərpadan sonra istifadəyə verilən Bakı-Quba yolunun qalan üç kilometrlik hissəsi də yanvarın 10-dək tam hazır olacaq.

“Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları bu yolda gecə-gündüz çalışır, keyfiyyətli iş görürlər. Agentliyin sədri Saleh Məmmədov, birinci müavini Əvəz Qocayev tez-tez işin keyfiyyətli aparılmasına yerində nəzarət edirlər”.

Oxunub: 160
Oxşar xəbərlər
SON XƏBƏRLƏR