dini radikalizm və ekstremizmlə mübarizə

Bakıda onu tapmaq olmur, gələn il vəziyyət kritik hal alacaq - HƏYƏCAN TƏBİLİ

Bakıda onu tapmaq olmur, gələn il vəziyyət kritik hal alacaq - HƏYƏCAN TƏBİLİ


2022-ci il tamamlanmaq üzrədir. Bu ilin mənzil bazarındakı dəyişiklikləri daşınmaz əmlak üzrə ekspert Ramil Qasımzadə Musavat.com-a şərh edib. Ekspert 2023-dən gözləntilərini də dilə gətirib.

O bildirib ki, bu il mənzil bazarında ötən illə müqayisədə 20-25 faiz artım olub:

"Əsasən köhnə tikili mənzillərin qiymətləri daha çox artdı. Bura 80-ci illərdən bu yana tikilən "Leninqrad", "Kiyev", "Minsk", "Xruşovka" layihəli binalar aiddir. Qiymətlər avqust ayından artıb. Noyabrdan etibarən stabillik hökm sürür. Yəni bahalaşma 1-2 faizdir. Belə davam edərsə, 2023-cü ildə qiymətlərin artacağını proqnozlaşdırmaq mümkündür. İnflyasiya dərəcəsindən asılı olaraq daşınmaz əmlak bazarında da qiymətlərdə artım müşahidə oluna bilər.

Köhnə tikililərdə 1 otaqlı mənzillərin qiyməti 60-65 min manat, 2 otaqlı mənzillər 80-85 min manatdır, 3 otaqlılar isə 100 min manat üzərindədir. Yeni tikili binalarda mənzilin kvadratmetri zonalar üzrə fərqlənir. 1-ci zonada bu qiymət 3000-5000 manatdır, 2-ci zonada təxminən 2000-2500 manat, 3-cü zonada isə rayonlar üzrə götürsək, Səbail, Nəsimi və Nərimanovda qiymətlər 1500-3000 manat arasında dəyişir. Bir qədər şəhər kənarında qiymətlər yeni tikililərdə təxminən 800-1200 manatdır (Qaradağ, Sabunçu, Suraxanı). Orta qiymət isə hazırda 1500-2000 manat arasındadır. Əsasən Xətai, Nizami rayonlarında bu qiymətə rast gəlmək olar.

Bu il torpaq bazarında da bahalaşma davam etdi. Nəticədə şəhərin mərkəzində torpaq satışı demək olar ki, yox səviyyəsindədir. Bu gün sahibkarlar çoxmənzilli bina tikmək üçün paytaxtda torpaq tapa bilmirlər. Hesab edirəm ki, gələn il də torpaq bazarında bahalaşma müşahidə edəcəyik.

Fərdi yaşayış evlərinə gəldikdə, qiymətlər 10 min manatdan 10 milyon manata qədər dəyişir. Qiymət evin yerləşməsinə, təmir dərəcəsinə, torpaq sahəsinə görə dəyişir. Əsasən bağ zonalarında yerləşən fərdi yaşayış evlərinin qiymətləri 100 min manatdan başlayır. Milyonlarla dəyəri ölçülən bağ evləri mövcuddur. Bu evlərin qiymətində stabillik var. Bir qayda olaraq qış aylarında bağ evlərinin qiymətlərində bahalaşma müşahidə edilmir. Mart ayından başlayaraq bu evlərin qiymətində bahalaşma müşahidə edilir".

Musavat.com

Oxunub: 367
Oxşar xəbərlər
SON XƏBƏRLƏR