dini radikalizm və ekstremizmlə mübarizə

Vətənpərvər Əhməd



Cavahir Qaraqızı Djb.az yazır. Mən, Əhmədi uşaqlıqdan tanıyıram .Onun atası Raqib bəy, çox zəhmətkeş, ailəcanlı, halalı haramdan seçən , qohumlar , dostlar , cəmiyyət arasında özünəməxsus hörməti olan vətən oğludur. Anası Manana xanım da ailəsinə bağlı , zəhmətkeş , xeyirxah bir anadır. O, evladlarının tərbiyəsi ilə xüsusi məşğul olub. Uşaqlıqdan kitaba bağlı iki qardaş məktəbi bitirib hər ikisi ali təhsil alıb . Mən,Əhmədin anası Manana xanımla dostluq edirəm. atası Raqif bəy həm də mənim xalam oğludur. Mən nə vaxt Əhmədgilə getsəm onu görərdim ki ,Rahil , Əhməd qardaşları kitablarını da götürüb tək otağa çəkilər və dərslərini oxumağa davam edərdilər. Bu da yaxşı tərbiyənin nəticəsi . Əhmədlə onun ailəsi də, sinif yoldaşları da , tələbə yoldaşları da və bütün onu tanıyan Azərbaycan ,Borçalı , Türküyə vətəndaşları fəxr edir.
Əslən Gürcüstanın Bolnisi rayonu Arxılı kəndindən olan Əhməd 26 iyun 1992- ci ildə Bakıda anadan olmuşdur. 1999-2010-cu ildə Bakı Məktəb Litsey Kompleksinin 200 saylı orta mektebini bitirib.
2010-2016-cı illərdə Azerbaycan Tibb universitetini mezunudur. 2014-2017-ci illərdə Proffessor Tibb Elmləri Doktoru Qasımov İlqarla işləyib. 2018-ci ildə Denklik sinavını qazanmışdır. 2019-cu ildə 6 il 5 ay Çukurova Universiyesinde klinik fənlərdən rotasyon gorüb. 2019-cu ildə İngilis dili imtahanında başarılı olub . 2020-ci ildə TUS-a sinavina girib. "Ondokuz Mayıs" Universitesi Çocuk Cerrahini qazanıb.
Hal-hazırda burda uzmanlık tehsilini davam etdirir. Əhməd 44 günlük müharibədə Türküyədən təcili gəlib cəbhə bölgəsinə yollandı, bu gənc həkim . Bütün gücüylə müharibədə iştirak edən əsgərlərimizə yardım etdi. Neçə yaralını vaxtında, düzgün təcili tibbi yardım göstərməklə həyata qaytardi. Əhmədlə fəxr edirəm ki, Borçalı elinin belə gözəl , ağıllı , vətənpərvər ər oğulları var .
Qarabağ Azərbaycandır!!!

Cəvahir Qaraqızı









Oxunub: 206
Oxşar xəbərlər
SON XƏBƏRLƏR