Şəhidimizlə həyat hekayəmizi danışardım , amma 15 ili bir neçə cümləyə, bir oçerkə bir kitaba belə sığışdıra bilmərəm. Geri boylanıram dərsdən qaçmağımızımı xatırlayıram, qaçarkən birimiz muəllimlər tərəfindən tutulanda digərimiz geri dönərdik. Sanki cəzamızın birlikdə olmasını istəyirdik. Komandalara ayrılanda birlikdə olmağımızımı uçun çalışardıq ,bəzəndə eyni gücdə olaq deyə qəsdən rəqib olmağımızımı seçərdik. Ondan nə yazsam fikirlərimi çatdıra bilmərəm, qəlbimin yangısını sözlə ifadə edə bilmirəm. Bircə onu bilirəm ki, iki kasıb ailədə böyümüş iki dost həyatlarına maraq qatmaq üçün hərşey edirdi. Sözümüz çəp gəlirdimi, gəlirdi . Dalaşırdığmı, təbii ki, dalaşırdıq. Amma kin saxlamaq mümkün deyildi . Mənə görə nələri edər və yaxud da nələri itirməyi gözə alacağını bilmək kifayət idi . Eyni zamanda məndə onun uçun canımı qurban verərdim. Musa şəhidlik zirvəsi ucalaraq canını vətən yolunda hər bir azərbaycan vətəndaş uçun qurban verdi.