Artıq dur deməyin zamanı gəlib, amma biz yenə də susuruq.
Susmağımızın səbəbi nədir? Bu susmağımızın adı nədir, qorxaqlıq, ya laqeyidlik?
Məndən ötdü qonsuma dəydi eləmi? Növbəti təqqir olunacaq sima kim olacaq? Heç düşündünüzmü? Bu gun hal-hazırda bu yazını oxuyursunuz, amma yenədə susacaqsinizı bilirəm, bəlkə də şərh belə yazmayacaqsınız. Amma FHN- nin əməkdaşlarindan birinin çəkdiyi videoya neçə gündür dayanmadan, dil boğaza qoymadan şərhlər yazırsınız . Təssüf ki, şəhid övladlarının təqqir olunmasını izləyirsiniz, amma yenə də susursunuz!
Bu gün firavan yaşadığınız üçün o şəhidlərə, qazilərdə borclu deyilmisiniz? Onların bizlər üçün şirin canlarından keçməsini nə tez unutdunuz?
Bu günkü yaramız daha ağrılıdır, sapı özümüzdən olan baltaların ağrısı tam fərqli olur, düşmənlə mübarizə aparmağa nə var ki, vay o günə ki, o dost dildiklərin düşmənin ola sənsə onları dost biləsən.
Bax bu gün bizdə həmkarlarımızdan kimin dost, kimin düşmən olduğunu bilmirik. Bəlkədə kiminsə haqqına girirəm, bəlkədə məlumatı göndərən həmkarımız deyil, sadəcə bu vətəni sevməyənlərdən biridir. Bəlkə də...
Yaxın günlərdə Şəhid ailələri üçün yaradılmış votsap qrupda keçiriləcək aksiya ilə bağlı məlumat aldım, qazı qızı
Xəbərnur.info portalının təsisçisi Nuranə Allahverdi qızı Abdullayeva ilə telefon bağlantısı yaratdım, aksiya barədə məlumat verdim. N.Abdullayeva jurnalistlərin votsap qrupuna xəbər edəcəyini bildirdi.
Mən aksiya keçiriləcək Şəhidlər xiyabanına yaxınlaşanda onlarla jurnalist artıq mənzil başında öz işlərin həyata keçirirdilər. N.Abdullayeva da o jurnalistlərdən biri idi. Amma nədənsə onlarla jurnalistlərin arasında məhz onun haqqında danışıldı.
Səhər saatlarında həmkarlımdan biri tərəfindən mənə yeni bir link göndərildi, izlədikdə dəhşətə gəldim. Qabilin yeni təqqir ünvanı öz işini həyata keçirən bir jurnalist idi. O, iki ayağını vətənin azadlığı yolunda itirən qazı övladı gənc jurnalist Nuranə haqqında qeyri etik sözlər işlədərək şərəf ləyaqətini təqqir edirdi və aksiyanın təşkilatçısı olduğu söyləyirdi. Bir neçə gündən sonra daha bir tanınmış jurnalist
Xekspreesxəbər.az portalının rəhbəri Ruxa Ələkbərova haqqında nalayiq sözlərlə çıxışlar başladı. Məni incidən bilirsiniz nədir? Bu gün iki şəhid ovladı, iki jurnalistin şərəfi ləyaqəti alçaldılır, amma biz susuruq. FHN əməkdaşlarının videoları paylaşılır saysız hesabsız rəylər yazılır. Amma bu gün şəhid ovladı, qazı qızı, xəbərlər portallarının rəhbərləri olaraq şəhid ailələrinin yanında olan, onların problemin öz problemi bilən dövlətinə, millətinə, xalqına yararlı olan bu insanlar haqqında iki misra yazmadınız. Bəlkədə sizlərin iki misrası onların haqqsızlıqı görən gözlərinə nur, dizlərinə taqət, qırılmış qururlarina təsəlli olacaqdı. Niyə ictimai xadimlər, ziyalılar, QHT rəhbərləri olaraq dinmədiniz? Axı hər birinizinizin tədbirini rövnəqləndirən, sizin gördüyünüz işləri ictimaiyyətə çatdıran, gözünün nurunu zərrə -zərrə axıdan bu xanımlar ucun iki cümlə yazmağa dəyməzdimi??? Axı onlar sizlərə ən dəyərli olan zamanların ayıran mübariz qadınlardır. Axı onlar sizlərin bu gün rahat yaşamanızı təminatçısı olan, canlarını qurban verən şəhid və qazı qızlardır?
Mən demirəm kimsə Qabili təqqir etsin, əsla mən şərəfin, ləyaqətin alçaldılmasına əlehinəyəm. Müraciət etmək olardı. Şəhid Anamız aksiyada müraciət etdiyi kimi:- Qabil bəy, sizin təqqir etdiyiniz şəhid və qazı qızları toxunulmazdır, onlar bizə, sizə əmanətdir, axı siz bir zaman hərbi forma geyinmisiniz, axı siz də kiminsə atası, oğulu, həyat yoldaşı, qardaşısiz. Sizin doğmalarınız haqqında, anan, bacınız, həyat yoldaşım haqqında bu səpgidə danışılsa necə qəbul edərsiniz? O, təqqir etdiyiniz xanımlar bir kişinin qızı, bacısı, anası, bibisi, xalası, həyat yoldaşı namusudur. Etməyin , eləməyin bizim bir düşmənimiz olmalıdır o, da "erməni"!
PS. Şəhid qızı Djb.az xəbərlər portalının baş redaktoru. Nərminə Şabanqızı Cəfərova,
Şəhid qızı .Gunaz TV- nin aparıcısı Tamilla Qulami,
Qazı qızı Xebernur.info portalının rəhbəri Nuranə Allahverdi qızı Abdullayeva,
Xeberekspress.az. Portalının rəhbəri Ruxa(Ruhiyyə) Əkbərova .Baxın bu dörd xanım ictimaiyyətin ən fəal media nümayəndələridir. Demək ki, sifarişçini bu xanımların işi çox narahat edir.
Dəyərli xanımlar vətənini sevən hər kəs sizinlədir!
Almaz İlahə
Oxunub: 409