dini radikalizm və ekstremizmlə mübarizə

Tovuz döyüşləri: "Ermənistan Rusiyanın təhriki ilə Azərbaycanın Qərb qapısını bağlamağa çalışırdı"


“İkinci Qarabağ müharibəsinə aparan Tovuz döyüşlərindən iki il keçir. Məhz Ermənistan Qarabağ cəbhəsində deyil, hərbi eskalasiyanı Tovuz istiqamətində etməklə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müdaxiləsinə çalışırdı. Amma KTMT müdaxilə etməyəcəyini elan etdi. Halbuki KTMT nizamnaməsinə görə müdaxilə edə bilərdi. Çünki iki ölkə sərhədində döyüş gedirdi. Azərbaycanın KTMT-yə üzv ölkələri ilə ikitərəfli əlaqələrin olması bu təşkilatın neytral qalmasını səciyyələndirdi”.

Djb.az xəbər verir ki, bu fikirləri konkret.az-a açıqlamasında MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, bununla Ermənistan Rusiyanın təhriki ilə Azərbaycanın Qərb qapısını bağlamağa çalışırdı.

“Tovuz döyüşlərində Ermənistanın planı baş tutmadı. Azərbaycan kiçik hərbi arsenalla bu istiqamətdə düşməni durdurdu” – deyə politoloq əlavə edib.

Azərbaycanın Tovuz döyüşlərində bir generalını və yüksək rütbəli zabitini itirdiyini deyən Məhəmməd Əsədullazadə qeyd edib ki, bu döyüş Azərbaycanın sentyabr ayında əks-hücuma keçməsi ilə nəticələndi.

“Tovuz döyüşləri Azərbaycan və Mərkəzi Asiyanın Qərbə açılan qapısını bağlamalı idi. Neft kəmərlərinə nəzarəti düşmən ölkə götürməyi planlayırdı. Proseslər tam Ermənistanın kapitulyasiyası ilə nəticələndi”, – deyə politoloq bildirib.

Oxunub: 245
Oxşar xəbərlər
SON XƏBƏRLƏR