dini radikalizm və ekstremizmlə mübarizə

Qəhrəmanların Görüşü


Djb.az xəbər verir.
Şəhidlər Xiyabanını ziyarət edən Türk Dünyasının tanınmış Milli Qəhrəmanı İbad Hüseynovu Şəhidləri yad etməyə gələn Qazi komutan Ənvər Qarayev görür, ona yaxınlaşır.
Qəhrəman Qazimiz Ənvər komutan Milli Qəhrəmanımızla görüşür, onlar Şəhidlərimizi birgə anıblar, sonra da xatirə şəkili çəkdiriblər.
Qeyd edim ki, Ənvər Qarayev öz həyətində Şəhidlərin xatirəsinə həsr olunmuş ,,Şəhid Bulağı" tikdirib.
Bu günlərdə Qazi Komutan bir tədbirdə gördüyü Şəhid Fəxrinin anasını - oğlunun hərbi formasını geyinən Mehparə xanımı həmin bulağa - evinə qonaq dəvət edib,aparıb.
Bu münasibətdən çox razı qalan Mehparə ana deyir ki, bulağı görəndə, bir Şəhid anasına göstərilən qonaqpərvərliklə rastlaşanda Şəhid oğlumu sağ kimi hiss etdim.
Ənvər Qarayev kimi Vətən övladları yaşadır, həlak olan igidlərimizi. Onların - Şəhidlərimizin ruhlarını şad edirlər.
Qazimiz Ənvər Qarayevin zabit oğlu 44 günlük Vətən Müharibəsinin Qəhrəmanı kimi ,,Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub.
Var olsun qazilərimiz, veteranlarımız, bizə Qələbə sevinci yaşadan Milli Ordumuz, Dövlətimiz!...

Validə Vəliyeva

Oxunub: 307
Oxşar xəbərlər
SON XƏBƏRLƏR