dini radikalizm və ekstremizmlə mübarizə

Türkiyədən Əliyev-Mişel-Paşinyan görüşü ilə bağlı BƏYANAT - FOTO

Türkiyədən Əliyev-Mişel-Paşinyan görüşü ilə bağlı BƏYANAT - FOTO

Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında keçirilmiş üçtərəfli görüşlə bağlı bəyanat yayıb.

Djb.az konkret.az-a istinadən xəbər verir ki, rəsmi sənəd nazirliyin sosial şəbəkə hesabında paylaşılıb.

Bəyanatda bildirilib ki, Türkiyə tərəflərin razılığa gəlməsindən məmnundur, sülhün, sabitliyin formalaşması və davamı üçün əlindən gələn dəstəyi verməkdə davam edəcək.

Bəyanatın tam mətnini təqdim edirik:

“Azərbaycan Prezidenti İlham Əliyev ilə Emənistan baş naziri Nikol Paşinyan Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin ev sahibliyi ilə Brüsseldə gerçəkləşdirilən görüş nəticəsində iki ölkənin xarici işlər nazirlərinə sülh müqaviləsinin hazırlanmasına başlanılması barədə təlimat verilməsi və iki ölkə arasında aprel ayının sonuna qədər birgə sərhəd kommissiyası yaradılması barədə razılaşdırılmadan məmnunluq duyuruq. Türkiyə Cümhuriyyəti regionda sülh və sabitliyin formalaşması üçün səyləri dəstəkləməkdə və səylərə fəal dəstək verməkdədir”.

Oxunub: 400
Oxşar xəbərlər
SON XƏBƏRLƏR