dini radikalizm və ekstremizmlə mübarizə

17 ildir Heydər Əliyev fondu böyük xidmətlər göstərməklə, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verməkdədir


Mehriban xanımın rəhbərliyi ilə, dahi liderin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək niyyəti ilə yaradılmış Heydər Əliyev Fondu Ümummili liderin zəngin mənəvi irsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin ölkəmiz üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarının yeni nəsillərə aşılanması baxımından 17 ildir ki, böyük xidmətlər göstərməkdə, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verməkdədir. Fondun təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə həyata keçirdiyi çoxşaxəli layihələr yalnız Azərbaycan sərhədləri ilə məhdudlaşmır. Mehriban xanımın Heydər Əliyev ideallarını rəhbər tutaraq Şərqdən-Qərbə 10-la ölkədə gördüyü işlər Azərbaycanın adını, mədəniyyətini, incəsənətini, xalqın irsini tariximizdə heç kimin edə bilmədiyi qədər yüksək səviyyədə təbliğ etməkdədir. Ümummilli liderin sağlığında Azərbaycan xalqı qarşısında göstərdiyi ali xidmətlər, bu gün Mehriban xanım tərəfindən, dövlət başçısının rəhbərliyi altında Heydər Əliyev ideallarını rəhbər tutmaqla davam olunmaqdadır


Elşən Ağazadə

Oxunub: 520
Oxşar xəbərlər
SON XƏBƏRLƏR