dini radikalizm və ekstremizmlə mübarizə

Vətən mənə oğul desə nə dərdim Mamır olub qayasında bitərdim


Vətən qoynunda yetişdirdiyi igidlərinə oğul dedi. O igidlər illərdir süfrəmizdən bəslənib bıçagı kürəyimizdən vuran namərd qonşularımızın göz dikdiyi torpaqlarımızın müdafiəsi və azadlığı uğrunda öz canlarını qurban verdiler. Vətən torpağına öz Şəhid qanları ilə can, nəfəs oldular və mamır olub qayalarda deyil, dünyadakı bütün Azərbaycanlıların qəlbində bitərək kök saldılar. Azərbaycanın şanlı tarixinin yeni səhifələrinə yeni qəhrəmanlıq tarixi yazdılar.
Gələcək nəsilə azad Vətən torpağı, şərəfli tarix və zirvələrdə ucalan Bayraq əmanət etdilər.
Bəli 30 ilə yaxın düşmən əsarətində nisgilli göz yaşı tökən Qarabağımız 44 günlük savaş sonrası Azərbaycan Ordusunun sarsılmaz əzmi, hərbi qüvvəsi və yenilməz gücü ilə azad edildi. Əlbəttə qalibiyyət qurbansız, azadlıq Şəhidsiz olmur. 27 sentyabr 2020 ci il tarixində Ermənistanın torpaqlarımıza yenidən təcavüzü zamanı, Ali Baş Komandan İlham Əliyevin Vətənin müdafiəsinə çağırışı ilə Azərbaycan Ordusu döyüşə başladı. Bu 44 günlük savaşda müzəffər Ordumuz qalibiyyətlə yanaşı 2907 şəhid verdi.
27 sentyabr 2021 ci il Ölkəmizdə anım günü kimi qeyd edilir. Qalibiyyəti olan bir ölkənin matəm günü olmur. Tairixi günü, anım günü olur..
Ölkəmizin hər yerində və xeyli sayda qurumları anım günü ilə əlaqədar müxtəlif səpgidə tədbirlər, kampaniyalar təşkil edir.
Anım günü ilə bağlı Djb.az saytının baş redaktoru Nərmin Şabanqızı ( Nərmin Şabanqızı özü də eyni zamanda 1 ci Qarabağ müharibəsi şəhidinin qızıdır) #bizsizəborcluyuq adlı kampaniyaya qoşularaq, Şəhid ailələrini ziyarətə başlamışdır. Bu kampaniyanın məqsədi Şəhid ailələrinə diqqət və qayğı göstərməkdir. Kampaniyada BDU Sabah qrupunun tələbələri də 2907 Şəhidimizin şəkillərini 44 gün ərzində sosial medya profillərində yərləşdirəcəklər. Kampaniyada iştirak edən Milli Məclisin Deputatı Jalə Əhmədovanın bu addımı isə təqdirə laiqdir. Nərimanov rayonu ərazisində üç Şəhidimizin ailəsini ziyarət edən kampaniya üzvləri

DAOS Platforması - Nərgiz Xələf
Mirzə Ələkbər Sabir Fondu- Sevda Tahirli
Milli Məclisin deputatı Jalə Əlmədova
BDU SABAH qrupları- İradə Süleymanova, Gündüz Camalzadə
Azərbaycan Fotoqraflar Birliyi - Mirnaib Həsənoğlu
"Xarıbülbül" Psixoloji Yardım Mərkəzi- Səbinə İsmayılova
Nəfəs İB- Firəngiz Balakişiyeva
Diaspor Fəaliyyətinə Jurnalistlər Dəstəyi İB - Fuad Hüseynzadə
Biganə Qalma Kampaniyası- Adil Abdullayev
Dünya Jurnalistlər Birliyi - Nərmin Şabanqızı



Məleykə Aslanzadə
Djb.az //İcraçı direktor








Oxunub: 893
Oxşar xəbərlər
SON XƏBƏRLƏR