dini radikalizm və ekstremizmlə mübarizə

Millət vəkili Milli Məclisin payız sessiyasının birinci iclasında Vətən Müharibəsi şəhid ailələri ilə bağlı bir neçə məsələ qaldırdı


Bildirdim ki, bəzi şəhidlərimiz ali məktəbin məzunlarıdır. Onların bəzi fənlərdən kəsirləri olduğuna görə ali təhsil haqqında diplom ala bilməyiblər. Onlar hərbi xidməti keçdikdən sonra bu problemi həll etmək fikrində idilər.
Ancaq onlar Şəhid oldular və arzuları ürəklərində qaldı.
Bu gün həmin şəhidlərin ailələri təsəlli kimi övladlarının dörd il əziyyət çəkib ala bilmədikləri ali təhsil haqqında sənədi istəyirlər.
Ancaq qanunlar ancaq kəsiri olan şəxsin özünün şəxsən yendiən imtahan verib qiymət aldıqdan sonra diplom ala bilməsinə icazə verir.
Onlar isə artıq qayıtmayacaqlar, onlar Şəhid olublar. Onlar imtahanı səngərdə, dşmənlə üz-üzə veriblər və ən yüksək qiyməti alıblar.
Şəhidlər ölümündən sonra cənab Prezident tərəfindən yüksək orden və medallarla təltif edilirlər, ancaq adi sənədi ailələri ala bilmirlər.
Təklif etdim ki, şəhid məzunlar üçün qanunda istisan edilsin və şəhidlərimizin ailələrinə ali təhsil haqqında diplomlar təqdim edilsin.
İkinci qaldırdığım məsələ şəhid qilələrinin mənzillə təminat məsələsi idi.
Cənab Prezident görüşlərdə və müsahibələrində şəhid ailələrinin mənzillə təmin olunacağını bilrmişdir.
Ancaq mövcud mənzil qanunvericiliyi ailədə hər kəsə 6 kvadrat metdən az mənzil düşdükdə mənzil növbəsinə götürülməyə imkan verir. Bəzi şəhid ilələrində isə bu göstərici bir qədər yüksəkdir. Bu səbəbdən onlar mənzil almaq imkanından məhrum olurlar.
Təklif etdim ki, şəhid ailələri üşün bu məhdudiyyət ləğv edilsin və hər bir şəhid ailəsi layiq olduğu məzillə təmin edilsin.

Oxunub: 526
Oxşar xəbərlər
SON XƏBƏRLƏR