dini radikalizm və ekstremizmlə mübarizə

Suraxanı rayonunda infeksiyanın qarşısının alınması üçün təbliğat işləri aparılır


Djb.az xəbər verir ki, Suraxanı rayonunda COVİD-19 infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə mütəmadi olaraq maarifləndirmə, təbliğat işləri davam etdirilir.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə riayət edilməsinin vəziyyətinin yoxlanılması və vətəndaşlar arasında maarifləndirmə işlərinin gücləndirilməsi məqsədilə bütün qəsəbələrdə yaradılmış mobil qruplar tərəfindən gündəlik reydlər aparılır.
Ticarət, iaşə, xidmət obyektlərində və digər yerlərdə həyata keçirilən reydlərdə həmçinin, vətəndaşlara zərurət olmadan digər şəxslərlə təmasdan uzaq olmaları və virusun yayılmasının qarşısının alınmasına dəstək olacaq şəxsi gigiyena qaydalarına əməl etməyin vacibliyi vurğulanır.

Eyni zamanda pandemiya ilə mübarizə tədbirləri çərçivəsində həyata keçirilən vaksinasiya prosesinin vətəndaşların sağlamlığı üçün vacib mərhələ olduğu və dövlət tərəfindən həyata keçirilən bu tədbirlərin əhalinin infeksiyadan xilas olması üçün düşünüldüyü, eləcə də bununla bağlı hər bir vətəndaşın üzərinə böyük məsuliyyət düşdüyü vətəndaşlara ətraflı izah edildi.




Oxunub: 570
Oxşar xəbərlər
SON XƏBƏRLƏR