dini radikalizm və ekstremizmlə mübarizə

Suraxanı rayonu, N saylı Hərbi Hissədə gənc əsgərlərin andiçmə mərasimi keçirildi


Djb.az xəbər verir ki, Suraxanı rayonu, N saylı Hərbi Hissədə gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
Andiçmə mərasimində Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, aparatın müharibə iştirakçılarılə iş şöbəsinin müdiri ehtiyatda olan polkovnik leytenant Elmar Hüseynov, müavin Qurbanəli İslamov, Şəhid ailələrinə dəstəy Suraxanı rayon şöbəsinin sədri Nəsibə Əliyeva, Djb.az xəbərlər saytınn rəhbəri Almaz Əhmədova da iştirak etmişdir.
Xüsusi karantin rejimi qaydalarının tələbləri nəzərə alınmaqla andiçmə mərasiminin, eləcə də, gənc əsgərlərin sosial məişət şəraitinin işıqlandırılması, hərbi qulluqçulardan müsahibələrin alınması və ilk dəfə olaraq gənc əsgərlərin ailələri ilə (onlayn formatda) videogörüntülü əlaqə qurmaları üçün şərait yaradılıb.
Andiçmə mərasimindən sonra əsgərlər üçün konsert proqramı təşkil olunmuşdur.
Konsertdə hərbi hissəin ansanblı ilə yanaşı Suraxanı RİH-nin təşkilatçşlığı ilə dəvət alan istedadlı müğənnilərdən
Aygün Aydın, bəstəkar müğənni Emil Elmanoğlu, Nigar Əhmədova, Vüqar Təmkin vətənpərvər mahnılarla əsgər heyəti təbrik etdilər.













Oxunub: 597
Oxşar xəbərlər
SON XƏBƏRLƏR