dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycan öz Qələbəsi ilə bütün regionda yeni reallıq yaradıb


Azərbaycan ordusunun inamlı qələbəsi neçə illərdir həllini tapmayan Qarabağ münaqişəsini sonlandırdı.BMT - nin qətnamələrinə məhəl qoymayan Ermənistan hakimiyyəti öz laiqli cavabını aldı və nəticədə Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü yerinə yetirdi.
Artıq sülh barədə düşünməyin vaxtıdır.Belə ki Ermənistan rəhbərliyi də artıq etiraf edir ki,regionun inkişafı yalnız sülh və əminamanlığın nəticəsində ola bilər.Bunun da bir yolu vardır ki,Ermənistana aid quldur dəstələr Azərbaycana aid torpaqlardan qeyri-şərtsiz çıxmalı,Zəngəzur dəhlizi açllmalı və bölgədə sabitlik hökm sürməlidir.
Bu gün iqtisadi potensialı olmayan,borclar içində boğulan Ermənistan dövlətinin Azərbaycanla sülh şəraitində yaşamaqdan başqa bir yolu yoxdur.


Fərhad Qəfərov
Biləsuvar rayon Ağayrı kənd tam orta məktəbin direktoru.

Oxunub: 684
Oxşar xəbərlər
SON XƏBƏRLƏR