dini radikalizm və ekstremizmlə mübarizə

VƏTƏN FƏDAİSİ

Hər bir insanın ömrünü uzun bir yola bənzədirəm. Kiminin həyat yolu düz hamar, kiminin həyat yolu daşlı kəsəkli əyri sıldırım qayalardan keçər.
Onun ömür yolu göründüyümüz hamar yolllardan olmadı. Çətinliklərlə o daşlı qayalı yollardan keçdi. Və bu gün çalıçsığı sahəyə dişi ilə dırnağı ilə Vətənə sədaqətli xidməti ilə gəldi.
Gəldi ki, yenədə Vətəninə, xalqına, millətinə, dövlətinə xidmət etsin!
Onu tanımağımdan uzun illər keçir.
Son 5 ildə gördüyü işlərin canlı şahidlərindən biri mənəm. Onu mən belə tanıdım Vətən yolunda canını fəda edəcək- bir zabit!
Azərbaycan adının qarşısında diz çökəcək- bir əsgər!
Dövlətinin rifahı yolunda əzmlə çalışan- bir vətəndqaş!
Bu üç cümlə artıq onun sədaqətli türk oğlu olduğunu bildirir. Onun sosial media hesabında paylaşınında bir cümlə mənim diqqətimi çəkdi.
O, belə bir paylaşım etmişdi:" Ürəyimdən keçən Allahın razılığını qazanmaqdır."
O cümləni oxuyarkən ilk dilimə səslənən cümlə bu oldu. Siz Allahın razılığını almış bəndələrindənsiniz Elmar Hüseyn . Qəlbində vətən eşqi ilə yaşayan şəhidinə, qazisinə dəyər verən fədakar insan siz Allahın sevimli və seçilmiş bəndəsisiniz.
Rəbbim səhidliyi və qaziliyi seçilmiş bəndələrinə nəsib edir. Bu gün o seçilmişlərin ailələrinin və yarımçıq sağlamlıqla yaşayanların qayğısına qalmağı da seçilmiş bəndələrinə qismət edir. Demək ki, alnınızdakı yazıda ilk vətəni qorumaq var idisə, ikinci bir qismində vətənə canını fəda edənlərin ailəsininə, özünə xidmət etmək də var. Görün siz Allahın necə sevimli bəndəsisiniz ki, yaşayacağıniz sürəcə seçilmiş ailələrin qayğıları və problemlərinin həlli üçün mübarizə aparacaqsınız.
Mübarizə sözünü yazmaqda məqsədim var.
Gördüyünüz işlərə şahid olaraq qeyd edim ki, hər bir müraciət edən qazinin problemi üçün hansı qurumlarla, hansı problemlərlə qarşılaşsığınızın az şahidi olmadım.
Hər zaman qarşınızdakı səlahiyyətli nümayəndələrə təmkinlə, səbrlə yanaşdımız.Təki məsələ nüsbət həll yolunu tapsın.Danışıqlarınızdakı səbr və təmkini görməmək üçün gözlü kor olmaq lazımdır.
Bax beləcə tanıdığım Elmar Hüseyn bütün bu yolları o tək-tək səbrlə açır. Bu gün Suraxanı rayonu sakini, qazi anası olaraq deyirəm: Bizim rayonda çalışmağınızdan fərəh duyuram. Sizdəki Vətənpərvərlik rəşadətinizdən nəyinki sakinlərə, həmdə az yaşlı fidanlara belə pay düşəcəyinə əminəm. Biz birlikdə bir yumruq kimi birləşərək düşmənə qalib gəldik. Hər sahədə belə də davam edəcəyik buna əminəm.

P.S. Elmar Hüseyn Nil çayı heç vaxt qurumur ömrünüz Nil çayı tək axar olsun.
Ayla Günəş yer üzündən ayrılmadığı kimi siz də sevdiklərinizlə bir arada olasınız.
Kədər sındırar insanı, kədər sizdən uzaq olsun lap dünyanın sonu tək.
Sevinc və xoşbəxtlik ucaldar insanı, Başınən hər zaman uca olsun. Xoşbəxt günləriniz, aylarınız isə ulduzların sayı qədər olsun.
Sizi oğlum qazi Mirrəhim Əhmədov adından, rəhbəri olduğum Djb.az kollektivi adından təbrik edirəm. SİZƏ can sağlığı Vətənə xidmətinizdə uğurlar arzulayıram VƏTƏN FƏDAİSİ.



Hörmətlə


ALMAZ İLAHƏ












Oxunub: 591
Oxşar xəbərlər
SON XƏBƏRLƏR