T.Salahov Azərbaycan incəsənətini dünyada layiqli şəkildə tanıtmışdır. O, dünyanın ən məşhur və nüfuzlu incəsənət akademiya və təşkilatlarının fəxri üzvü seçilmiş, orden və medallarla təltif edilmişdir.
Rusiyada yaşayan T.Salahov özünün şəxsi nüfuzu və iştirakı ilə diaspora işinin inkişafında daima dəstək göstərmişdir. T.Salahov Rusiya Azərbaycanlıları İttifaqının yaranmasında və gələcək inkişafında yaxından iştirak etmiş və gərəkli məsləhətləri ilə ittifaqın fəaliyyətinin inkişafına daim köməkliklər etmişdir. Arzu edərdik ki, dünyaşöhrətli rəssam T.Salahovun diaspora sahəsindəki fəaliyyəti xarici ölkələrdə yaşayıb, fəaliyyət göstərən digər həmvətənlərimiz üçün örnək olsun.
T.Salahov özünün çoxşaxəli yaradıcılıq və ictimai fəaliyyəti ilə dostlarının və onu tanıyanların xatirəsində əbədi yaşayacaqdır.
Allah rəhmət eləsin.
Hörmətlə,
Ümumdünya Azərbaycan Mədəniyyət Fondunun və
Rusiya Azərbaycanlıları İttifaqının sədri
Fizuli MƏMMƏDOV
Oxunub: 758