dini radikalizm və ekstremizmlə mübarizə

YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov qazi Mirrəhim Əhmədovu ziyarət etdi


Djb.az xəbər verir ki, 30.03.2021-ci il tarixində YAP Suraxanı rayon təşkilatının sədri Vugar Səməndəroğlu ilə birlikdə Əmircan qəsəbəsinin sakini, 2-ci Qarabağ müharibəsi qazisi Mirrəhim Əhmədovun evinə gəlib onunla görüşdük, qayğılarını dinlədik. Söhbət zamanı doğma partiyamız olan YAP Suraxanı rayon sədri Vüqar Seyidov hər zaman gənclərə, xüsusilə də qazilərə, müharibə iştirakçılarına öz dəstəyini əsirgəməyəcəyini bildirdi . Mirrəhim Əhmədov ona göstərilən diqqətə görə razılıq etdi. Bildirdi ki, bu aylar ərzində istər Suraxanı rayon İcra Hakimiyyəti başçısı Əziz Əzizov tərəfindən, istərsə də Əmircan bələdiyyəsinin sədri olaraq Cəmilə xanım Ağayeva tərəfindən özünə qarşı diqqət , qayğı, isti münasibət görüb. Bu gün isə YAP Suraxanı rayon təşkilatı sədri Vüqar Seyidov və həmin təşkilatın digər işçilərinin və üzvlərinin gəlişi, onu daha da qürurlandırdı və fərəhləndirdi.


Oxunub: 810
Oxşar xəbərlər
SON XƏBƏRLƏR