dini radikalizm və ekstremizmlə mübarizə

Gözlərə nur bəxş edən Paşa Qəlbinur


30 Mart - Azərbaycan şairi, oftalmoloq (göz həkimi) 1992 - ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Ümumittifaq komsomol mükafatı laureatı, Tibb elmləri doktoru, professor, Amerika Oftalmologiya Akademiyasının həqiqi üzvü, Rusiya Tibb Elmləri Akademiyasinin fəxri doktoru, Dünya Türk Cümhuriyyətləri Oftalmoloji Birliyinin, Dünya Azərbaycanlıları Konqresinin həmsədri Paşa Qəlbinurun doğum günüdür!
Paşa İsmayıl oğlu Musayev 30 mart 1952 - ci ildə Şəmkir rayonunun Çinarlı qəsəbəsində qulluqçu ailəsində anadan olmuşdur. Burada 1958 - 1968 - ci illərdə Müşfiq adına kənd orta məktəbini qızıl medalla bitirmişdir. 1968 - 1975 - ci illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profılaktika fakültəsində təhsilini davam etdirmişdir. Gəncə şəhər göz xəstəxanasında və 1975 - 1977 - ci illərdə 1 saylı uşaq poliklinikasında həkim - okulist işləmişdir. Sonra 1977 - 1978 - ci illərdə N.Nərimanov adına Tibb İnstitutunun göz xəstəlikləri kafedrasında baş laborant olmuşdur.
1978 - 1981 - ci illərdə İ.M.Seçenov adına 1 - ci Moskva Tibb İnstitutunun göz xəstəlikləri kafedrasının nəzdində əyani aspiranturada təhsil almışdır. 1981 - 1988 - ci illərdə N.Nərimanov adına Tibb İnstitutunun göz xəstəlikləri kafedrasında assistent, həm də ictimai peşələr fakültəsində dekan müavini işləmişdir.1978 1988 - ci ildən hal hazırda həmin kafedranın professoru, 1991 - ci ildən həm də kafedranın müdiridir. Tibb elminə dair yüzdən çox elmi əsərin, on elmi kəşfin müəllifidir. On mindən çox cərrahiyyə əməliyyatı aparmışdır. Brüsseldə (Belçika) 51 - ci Ümumdünya İxtiralar salonunda "Brüssel Evrika 2002" sərgisində "Oftalmologiyada yeni dərman preparatı Aktirol"un kəşfı Böyük qızıl medala və Belçika Maliyyə Nazirliyinin xüsusi prizinə layiq görülmüşdür. 2002 - ci ildə Yeni dərman preparatı (şərikli müəlliflər bacısı Sevinc və tələbəsi Olqa Stroyeva) onun rəhbərliyi altında hazırlanmışdırı.
1989 - cu ildə Azərbaycan Alimlər İttifaqı İdarə Heyətinin, 1997 - ci ildə Amerika və Dünya Türk Cümhuriyyətləri Oftalmoloji Birliyinin idarə heyətinin üzvü, 1996 - cı ildə Azərbaycan üzrə Nobel İnformasiya Mərkəzinin nəzdində fıziologiya bölməsinin ekspertidir. 2001 - ci ildə Dünya Türk Cümhuriyyətləri Oftalmoloji Birliyi Bilimsəl qurumunun həmsədri seçilmişdir. ABŞ - ın Biblioqrafiya İnstitutunda keçirilən "2000 alim və intellektual" seçimində "İlin adamı" mükafatına layiq görülmüşdür. 1999 - cu ildə Yusif Məmmədəliyev adına mükafata, 2000 - ci ildə "İman" izzət və iltifat diplomuna layiq görülmüşdür. 1996 - cl ildə "Araz" ali ədəbi mükafatın laureatıdır. Aybəniz Əliyeva "Paşa Qəlbinur", A.Məmmədov "Qəlbinur poeziyası XXI əsrin astanasında" 1999 - cu ildə kitabını ona həsr etmişdir. "Paşa Qəlbinur 50" biblioqrafiya məlumat kitabı buraxılmışdır. Xarici ölkələrdə konfrans və elmi simpoziumlarda olmuşdur.
Ədəbi fəaliyyətə 1978 - ci ildə "Ulduz" jurnalının 4 - cü sayında çap etdirdiyi "Xal", "Ay gecəyə hicran sıxır", "Mən ilhamı gözlərimlə görmüşəm" şeirləri ilə başlamışdır. "Gözlər" adlı ilk şerini 13 yaşında ikən yazmışdır. Dövri mətbuatda vaxtaşırı çıxış edir. "Gənclik" respublika ədəbi birliyinin üzvüdür.
Paşa Qəlbinur, 1992 - ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1983 - cü ildə Ümumittifaq komsomol mükafatı laureatı, 1987 - ci ildə Tibb elmləri doktoru, 1988 - cu ildə professor, 1994 - cü ildə Amerika Oftalmologiya Akademiyasının həqiqi üzvü, 2005 - ci ildə Rusiya Tibb Elmləri Akademiyasinin fəxri doktoru, Dünya Türk Cümhuriyyətləri Oftalmoloji Birliyinin, 2008 - ci ildən Dünya Azərbaycanlıları Konqresinin həmsədridir.

Oxunub: 515
Oxşar xəbərlər
SON XƏBƏRLƏR