dini radikalizm və ekstremizmlə mübarizə

Hər gəlişimdə ilk ziyarət etdiyim yer - ŞƏHİDLƏR XİYABANI


Bu gün uzun illər yaşadığım Mingəçevir şəhərindəki Şəhidlər xiyabanında oldum. Hər bu şəhərə gəldiyimdə ilk Şəhidlərimizi ziyarət edirəm. Sanki Şəhidlərimizi ziyarət etdikdən sonra ruhən bir rahatlıq tapıram, çünki canımdan bir can burda uyuyur. Üzünü belə görmədiyim ancaq çox sevdiyim, qürur duyduğum Atam burada əbədi yuxudadır.
Bir qız övladı üçün Ata arxa-dayaq, güvən yeridir. Atasızlıq çox çətindir amma O, elə bir şərəfli yol seçdiki ondan geridə qalan "Ən Ali Zirvəyə - Şəhidlik Zirvəsi"nə ucalması bir ömürün yolçusu olmağıdır. Atam hər zaman qürurum olacaq. Hər zaman fəxrlə deyəcəm "mən Şəhid qızıyam". Mənə elə gəlir ki, illər öncə Şəhidlər xiyabanında çox az insan izdihamı görürdüm, ancaq indi sanki insanlar Şəhidlik zirvəsinin ucalığını elə bil daha dərindən dərk etməyə başlayıblar. Şəhidlik ən Ali zirvədir və o Zirvədən ucada heç nə yoxdur. Bu gün şəhidlər xiyabanına çox insanların gəlişini gördüm. Bu insanların içərisində Mingəçevir şəhər PŞ-nin rəisi və əməkdaşları da vardı.
Əvvəllər 20 yanvar Ümummilli matəm günü bu mənzərə ilə qarşılaşardım, ancaq bu gün sanki vətənpərvərliyin artdığının şahidi oldum. Gördüyüm mənzərə məni çox qürurlandırdı. Amma üstündən bir neçə dəqiqə keçməmiş çox məyus oldum. Ziyarətə gələn insanlar İkinci Qarabağ müharibəsində şəhid olan şəhid məzarlarını ziyarət edib çıxırdılar.
Sanki bu an haykıraraq qışqırmaq istəyirdim. Axı Şəhidin yenisi, köhnəsi olmur, siz nə edirsiniz?! Şəhidləri özünüzdən incik salmayın. Onların hər biri bu vətən üçün şəhid olmayıblarmı?
Özümü ələ almağa çalışdım, bu an üç şəxs diqqətimi çəkdi. Biri hərbi formada şəhid məzarı üstə göz yaşlarına hakim ola bilmirdi. Yaxınlaşıb nəyinizdi deyə soruşdum, dedi: can dostum birgə xidmət etmişik xanım indi onsuz mənə çox çətindir təsəlli olmağa çalışdım, ancaq gördüm ki, onun da yarası mənim yaram kimi çox dərindir Heçkim, heçnə ovuda bilməz. Daha sonra digər iki şəxslə həmsöhbət oldum. Özlərini təqdim etdilər, biri "N"saylı hərbi hissənin hərbi qulluqçusu, digəri isə hərbi vəzifəsini yerinə yetirərkən döyüşdə ağır yaralanaraq qazi olan şəxs. Ruslan bəy Şəhidlərimizin çoxuna kömək edərək döyüş bölgəsindən necə çıxartdığını, onlara nə kimi köməkliklər etdiyini danışdı. Şəhidlərimizin demək olar ki, hamısı onun gözü önündə canını tapşırıb. Onun üçün asan deyildi bunları dilə gətirib danışmaq, bir az kövrəldi, bir az həyəcanlandı dili söz tutmurdu. Sanki həmin anlara qayıtdı birdə yenidən yaşadı o günləri. Ürək ağrısı ilə söylədi hər kəlməsini və bildirdiki Vətəni uğrunda hər an canından keçməyə hazırdır. Digər qazimiz sağ əlindən ağır yaralanmışdı əlinin fəaliyyəti tamamilə dayanıb. Danışığından belə başa düşdümki diqqətdən qayğıdan kənardı qazimiz. Müalicəsini davam elətdirə bilmir. Axı O bizim üçün canından keçib gözünü qırpmadan özünü oda alova atıb biz niyə biganə qalaq deyə öz-özümə sual verdim. Yaralı olmağına baxmayaraq baş tacı olan qazimiz təkrar döyüş olarsa bir əlnən belə döyüşə hazıram dedi. Çox qürurlandım. Budur Azərbaycanın mərd oğulları. Vətəni üçün canı-qanı bahasına döyüşən oğullar. Sizlərə Allahdan möhkəm can sağlığı, Şəhidlərimizə isə rəhmət diləyirəm.

Nərmin Şabanqızı

Oxunub: 868
Oxşar xəbərlər
SON XƏBƏRLƏR