Əziz xanımlar və bəylər! Sizi xalqımızın ən qədim milli bayramı - Novruz bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Sizə uca Allahdan can sağlığı, sağlamlıq və ailənizə bol ruzi-bərəkət, bahar təravətli günlər arzu edirəm.
Minilliklərin sınağından uğurla keçib gələn və xalqımızın milli mənəvi yaddaşında özünəməxsus yeri olan bu bayramı ölkəmizlə yanaşı dünyanın hansı güşəsində yaşamasından asılı olmayaraq, bütün dünya azərbaycanlıları yüksək coşqu və xüsusi hazırlıqla qeyd edirlər.
2021-ci il Novruz bayramının başqa bir özəlliyi də ondadır ki, artıq biz bu ilki bayramımızı torpaqlarımızın işğaldan azad edilməsi ilə bərabər qeyd edirik və bayram əhvali ruhiyyəmizə şanlı Azərbaycan ordusu qələbə, zəfər coşqusu əlavə edib. Vətən uğrunda savaşda mərdliklə vuruşaraq, qəhrəmancasına şəhidlik zirvəsinə ucalan şəhidlərimizi hörmətlə anırıq, qazilərimizə və şəhid ailələrinə Allahdan can sağlığı və səbir diləyirik.
Novruz bayramında təbiət yenidən canlanır, həyata yeni nəfəs gəlir, insnların üzündə təbəssüm, gülüş əhval-ruhiyyəsi yaranır. Bu bayram xalqımızın dostluq, həmrəylik və bərabərlik bayramıdır
Novruz bayramı UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, BMT-nin Baş Assambleyası tərəfindən 21 mart tarixi “Beynəlxalq Novruz Günü” elan olunmuş və beləliklə də bu bayram öz coğrafi arealını genişləndirmişdir.
Əziz dostlar! Bir daha Sizləri Bahar bayramı münasibəti ilə təbrik edirəm, sizlərə firavan həyat, şən bayram əhvalı və bərəkətli günlər arzulayıram.
Novruz bayramınız mübarək!
Hörmətlə
Fizuli Məmmədov
Ümumdünya Azərbaycan Mədəniyyət Fondunun və
Rusiya Azərbaycanlıları İttifaqının sədri