dini radikalizm və ekstremizmlə mübarizə

Cəbhədən məktub...


Sanqaçal Terminalinın şəxsi heyətinə salam olsun.
Hər şeydən əvvəl məni sevinclə yola saldığımız üçün hər birinizə sonsuz təşəkkür edirəm. Azər Nəsirova telefonda danışanda bir balaca sıxıntım olduğunu bildirdim. Azər mənə bir söz demədi.. bircə kəlmə dedi ki , -sən narahat olma , xidmətini elə.- Fikrini işinə cəmləşdirir. Onlar xırda məsələdir. İki gündən sonra mənə zəng elədi ki, uşaqların təhsil haqqını artıq yığmışıq , kimə verək. Sevincimdən dilim söz tutmadı. Tutuldum. Sozun duzu çox kövrəldim. Dedim : - " Ay Azər niyə camaata əziyyət verdin , gəlib özüm həll edəcəkdim. Azərsə cavabında" Sizlər vətənə xidmət edirsiz, bizlərdə sizə xidmət etməyə borcluyuq" İçimdə qurur duydum, çox sevindim. Bu sevinci mənə yaşatdığınız üçün hər birinizə ayrı -ayrılıqda öz təşəkkürümü bildirəm. Verdiyiniz dəyərə görə minnəttaram. Ürəyinizin cəbhə ilə döyündüyünü bilirəm. Ona görə də demək istəyirəm ki,
Cəbhədən qəti narahat olmayın. Mən sizlərə arxayınam olduğum kimi , siz də bizə arxayın olun. Vətən güvənli əllərdədir. Hər gün bizi müqəddəs Qələbəmizə daha bir addım yaxınlaşdırır. Ordumuzun ruh yüksəkliyi və döyüş əzmi möhtəşəmdir. 18 yaşlı əsgərlər belə peşakar döyüşçülər kimi döyüşür. .Şəhidlərimiz də olur. Sözsüz, biz tarix yazırıq. Bu yolda itkilərimiz də olacaq. Vətən tarixi yazan qəhrəmanlarımızın hər biri qarşısında baş əyirəm. Onların müqəddəs ruhları qarşısında qisaslarını yerdə qoymayacağımıza and içirik. Həsrətində olduğumuz torpaqlara qayıtmaq çox ülvi bir hissdir. Buralar çox gözəldir. Havasinı doyunca udmaq ,suyundan doyuncca içmək qədər xoşbəxt bir hiss yoxdur. O yerlərin təbiəti də darıxıb bizlər üçün. .Əsgərlərimizdən də bütün xalqımıza qucaq dolusu salamlar.Ön və arxa cəbhə birliyi Qələbənin açarıdır. Əsgərlər döyüşə aslanlar kimi atılır. O gün əsgərlərdən biri yaxınlaşıb deyir ki, Yoldaş kapitan, şükürlər olsun atalarımızın,qardaşlarımızın qisasını almaq bizə nəsib qismət oldu.Gələcək nəsilə utanc hissi borc qoymadıq. Artıq övladlarımız xoşbəxt firavan alnı açıq yaşayacaqlar . Yaşasın Azərbaycan Əsgəri. Yaşasin Azərbaycan Milləti.
Allaha əmanət olun. Qələbə sevincini birlikdə keçirmək nəsibimiz olsun. Qismət olsa görüşərik. Əgər Allah mənə Şəhadət nəsib edərsə , Şəhid olaramsa haqqınızı halal edin.
Qarabağ bizimdir bizim olacaq!!!!!
Zəfərin mübarək Azərbaycan xalqı, İrəli Azərbaycan Əsgəri


Hörmətlə


Araz Ismayilov
Piyada motoatıcı taborun rəis müavini :

Oxunub: 460
Oxşar xəbərlər
SON XƏBƏRLƏR