dini radikalizm və ekstremizmlə mübarizə

Qələbə Türkündür! Qələbə Türk dünyasınındır!


Qardaş Türkiyə kanalında bu gün Azərbaycan Şuşanı azadlığ günü kimi tarixə düşəbiləcəyi xəbərini yayımlamışdır.
Şuşanın azad olunmasını ya bu gün, ya yarın qeyd edək fərq etməz, önəmlisi qələbənin qazanılmasıdır. Hər gün Azərbaycanın şanlı ordusu torpaqlarının birər- birər geri alır.
Allah müzəffər ordumuzu qorusun. Allah igidlərimizi, mehmetçiklərimizi qorusun. Allah Ali Baş Komandanımıza can sağlığı versin. Türk qardaşlığını əbədi etsin.
Ataların belə bir sözü var" Son gülən güclü gülərmiş."
Biz 30 il ağladıq...
30 il həsrət çəkdik...
30 il şəhid verdik...
30 il saç yolduq, ağu dedik...
30 il yetimlər böyütdük...
30 il əsirlərin dərdin çəkdik...
30 il qəlbdə həsrətlə, xəcalətlə, alında qara ləkəylə yaşadıq.
Biz sülh istədik, günahsız qanlar tökmədik.
Azərbaycan Respublikasının Prezidenti günahsız insanlar ölməsin deyə çox gözlədi, danışıqlar müqavilələr. Kimisi ona inanmadı, kimisi bu ləkənin bir ömür nəsillərə keçəcəyindən yazdı. Amma O, Heydər Əliyev siyasətinin sadiq davamçısı olaraq heç kimin gözləmədiyi əzmlə artıq xalqına, millətinə, qardaşlarına güvənərək kəskin addım atdı.
Uzun illərdən sonra Ali Baş Komandanın cəsarətli qəti addımı ilə ordumuza " Vur " deməsi, dünyamıza işıq saçdı.
Şəhid verdik, veririkdə gözlərimizdə yaş olsa belə bilirik ki, artıq son dəfə şəhid veririk.
Gələn hər bir şəhidi qürurla qəbul edərək şərəflə dəfn edirik.
Bilirik ki, torpaqlarımız uğrunda illərlə şəhid olan oğulların intiqamı alınır. Bilirik ki, qara ləkə nəsillərdən- nəsillərə keçməyəcək.
Bilirik ki, dünya tarixi Azərbaycan ordusunun igidliyindən, Türk dünyasının qardaşlığından, Ali Baş komandanın cəsarətli addımından yazacaq. Bu tarix 30 il erməni vandalizminin zülmündən, nankorluğundan, Azərbaycan xalqının humanistliyindən yazacaq.
Bu tarix etmənilər tərəfindən sivil xalqa edilən zülmdən, günahsız körpələrin gecə yatakən öldürülməsindən əsərlər yazacaq.
Biz bir xalq olaraq hər birimizə əmanət qalan şəhid ailələrin başımızın üzərində daşıyacağıq. Hər bir qazini öz övladımız bilib qoruyacağıq. Biz birlikdə nə qədər güclü olduğumuzu bir daha dünyaya göstərdik.
Qələbə bizimdir! Qələbə Türkündür! Qələbə Türk dünyasınındır!

QarabağAzərbaycandır!

Almaz İlahə Əhmədova

Oxunub: 404
Oxşar xəbərlər
SON XƏBƏRLƏR