dini radikalizm və ekstremizmlə mübarizə

Bu şəhərdə hicab geyinməyən qadınların üzünə kislota atırlar - DƏHŞƏTLİ FOTO

Bu şəhərdə hicab geyinməyən qadınların üzünə kislota atırlar - DƏHŞƏTLİ FOTO

Sosial şəbəkədə üzünə kislota atılaraq gözəlliyi məhv edilən qadının görünüşü müzakirələrə səbəb olub və görənləri təəssüfləndirib.

KONKRET.az Sonxeber.az-a istinadən xəbər verir ki, Mərziyə adlı xanım altı il qabaq İsfahanda maşın sürərkən motosikletdə olan iki nəfər onun maşınına yaxınlaşır və onlardan biri Mərziyənin üzünə turşu (“kislota”) atıb və uzaqlaşıblar.

Küçə kameralarla təchiz olunmuş olsa da, polis onları tapa bilməyib. Qeyd edilir ki, həmin ildə İsfahanda bir neçə oxşar hadisələr də baş verib və cinayətkarlar heç vaxt tapılmayıb.

Bütün bu hadisələrdə zərərçəkən qadınlar örtülü geyim (hicab) geyinməyən qadınlar idi. Əksər iranlılar düşünür ki, bu cür hadisələr daha sərbəst geyim geyinmək istəyən qadınları qorxutmaq, cəsarətdən salmaq üçün dövlət tərəfindən edilir. Dövlət isə bu iddiaları təkzib edir. Bu gün Mərziyə bu hadisələrdən hamının xəbərdar olmasını və “kislota” satışlarının qadağan olunmasını istəyir. baxar.az

Oxunub: 856
Oxşar xəbərlər
SON XƏBƏRLƏR