dini radikalizm və ekstremizmlə mübarizə

TRACECA-nın Azərbaycan üzrə milli katibi vəfat edib

TRACECA-nın Azərbaycan üzrə milli katibi vəfat edib

Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi (TRACECA) üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan üzrə milli katibi Akif Mustafayev vəfat edib.

Bu barədə "APA-Economics" TRACECA Katibliyinə istinadən xəbər verir.

"Bu faciəli hadisə təkcə yaxın və əzizləri üçün deyil, həm də bütün TRACECA ailəsi üçün böyük itkidir", - məlumatda qeyd edilir.

Qeyd edək ki, A. Mustafayev ürək tutmasından həyatını dəyişib.

Xatırladaq ki, Akif Mustafayev 1947-ci ilin fevralın 17-də anadan olub. Evli idi, iki övladı var. O, 2002-ci ilin fevralından TRACECA üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan üzrə milli katibi vəzifəsində çalışıb.

Oxunub: 436
Oxşar xəbərlər
SON XƏBƏRLƏR