dini radikalizm və ekstremizmlə mübarizə

“Azərbaycan bizim üçün məbəddir!” Dünyanın hansı ölkəsində yaşamağımızdan asılı olmayaraq vətən həssasiyyətimizi hər zaman qorumuşuq!

“Azərbaycan bizim üçün məbəddir!” Dünyanın hansı ölkəsində yaşamağımızdan asılı olmayaraq vətən həssasiyyətimizi hər zaman qorumuşuq!
Tanınmış iş adam, xeyriyyəçi Rusiya Azərbaycanlılar İttifaqının və Dünya Azərbaycan Mədəniyyət Fondu-nun prezidenti Fizuli Məmmədov, azərbaycanlı iş adamlarına və diaspor təşkilat rəhbərlərinə örnək olacaq daha bir atdım ataraq, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin Koronovirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə, Azərbaycan xalqına etdiyi, “Biz birlikdə güçlüyük”çağırışına və müraciətinə dəstək verərək, 24 mart günündən başlayaraq operativ qərargah yaradaraq, rusiyada və azərbaycanda fəaliyyət göstərən nümayəndəliklərini xeyriyə marafonuna səfəbər edərək, Rusiyada və Azərbaycanda ehtiyacı olan imkansız az-təminatlı aillərə, xəstələrə, tənha ahıl insanlara ərzaq yardımları ilə köməklik göstərir.

RAİ-nın və DAM Fondunun prezidenti Fizuli Məmmədovun təşəbbüsü ilə ilk yardım, martın 25, 28, 27, 28. 29 və 30 mart tarixlərində Moskvanın ayraportlarında, dəmir yol vaqğzalarında və afto vağzalarında köməksiz vəziyətdə qalmış azərbaycanlı soydaşlarımıza komək etməklə başladı. Hətda Türkiyədən, Fransadan ölkəyə qayıtmaq istəyən onlarla Azərbaycan vətəndaşlarının təyarə biletlərinin alınmasına maddi dəstək verərək, onlar vətənə qaytmalarını təşkil etdi. Həmçinin hava limanlarında qalmış soydaşlarımızın və başqa millətlərin qida təminatını hər gün təmin etmişdir.

1, 2, 3, 4, aprel tarixində, RAİ-nın və DAM Fondunun prezidenti Fizuli Məmmədovun təşəbbüsü ilə, RAİ-nın təmsilçisi və Dağıstan Respublikasının Mahaçqala şəhərinin azərbaycanlıların milli-mədəni muxtariyyətinin sədri Rakif Əzizov azərbaycan–Rusiya sərhədinin keçid məntəqəsində qalmış 300 azərbaycanlı soydaşlarımızın müfəqqəti qalmaları üçün yaşayış yerləri və qida təminatını təmin edərək əlindən gələn köməklikləri onlardan əsirgəmişdir.

5 aprel tarixində, RAİ-nın və DAM Fondunun prezidenti Fizuli Məmmədova “Ангелы среди нас” xeyriyyə fondunun müraciətinə əsasən, Fizuli Məmmədovun təşəbbüsü ilə 5 nömrəli Dövlət Psixonevroloji dispanserini ziyarət edərək müəssisənin xüsusiyyətləri və uşaqların xaişləri nəzərə alınmaqla, epidemioloji vəziyyətdə səmərəli istirahət üçün lazımi ləvazimatları adı qeyd olunan Psixonevroloji dispanserinə təhvil verilib.

6 aprel tarixində, RAİ-inın nümayəndələri, Rusiyanın Veliky Novqorodun çoxuşaqlı və aztəminatlı ailələrinə baş cəkərək onlara lazımi ərzaq, məişət əşyaları ilə və tibbi maskalarla yardım etmişdirlər.

7 aprel tarixində, Rusiya Federasiyasının Tula vilayətində yerləşən “1 saylı Yetkinlik yaşına çatmayanlar üçün Sosial və Reabilitasiya Mərkəzi” dövlət müəssiəsinin təşkilata müraciəti əsasında RAİ-inın Tula vilayəti üzrə nümayəndələri Maqsud Məmmədov, İsmayıl İsmayılov və Rəvan Quliyev bu müəssisəyə baş çəkərək, təşkilat adından ərzaq və lazımi əşyaları təhvil veriblər.

8 aprel RAİ-nın və DAM Fondunun prezidenti Fizuli Məmmədovun göstərişi əsasında Sankt-Peterburq və Leninqrad vilayətindəki RAİ-nin nümayəndələri Naib Paşayev, Elçin Ağayev və Xəyal Nəsibov “Biz birlikdəyik” xeyriyyə aksiyası təçkil edərək, ehtiyacı olan yaşlı ahıl təqaüdçülərə, əlillərə yardım göstərilərək onlara, ərzaq yardımları edilib.

RAİ-nin Leninqrad vilayəti üzrə nümayəndəsi Naib Paşayev təqaüdçülər qarşısında çıxış edərək bildirdi ki, ümumi fəlakətə, yalnız birlikdə qalib gəlməyin mümkünlüyünü qeyd edib. “Biz bir xalqıq, bir-birimizə kömək etməliyik, xüsusən də ümumi evimizə belə bir fəlakət gələndə!”.

9 aprelin tarixində isə, RAİ-nın və DAM Fondunun təşəbbüsü ilə, Arxangelskdə, Maxaçkala, Dərbəndə Azərbaycan diasporu ehtiyacı olan aztəminatlı əlil, tənha kimsəsiz ailələrə yardım ərzaq və başqa tibbi ləvəzmatlarla yardım göstərib.

RAİ-nın və DAM Fondunun Rusiyanın regionlarda yaşayan insanlara əməlli işlə bir daha göstərildi ki, Azərbaycanlılar cox sülhsevər və xeyiyxah insanlardırlar. Biz hec bir zaman insanları bir birindən ayırmırıq.

15 aprel tarixində, RAİ-nın və DAM Fondunun prezidenti Fizuli Məmmədovun və Krasnadar Vilayətinin Qubernatororun təşəbbüsü ilə birgə Armavir şəhərində Sovet ittifaqının Faşizimin üzərində qələbəsinin 75 illiyi münasibəti ilə həsr olunmuş xeyriyə tədbiri keçirilərək, koronavirusun pandemiyası ilə əlaqədar olaraq rayonda çətin həyat vəziyyətində yaşayan 75 imkansız aztıminatlı yaşlı və kasıb aillələrə 1 tonluq ərzaq dəstləri və şəxsi qayğı məhsulları yığı, dəstə konservləşdirilmiş məhsullar, əkinlər, mal, qəhvə, çay, kondenslaşdırılmış süd və başqa ərzaq məhsulları ilə yardım verlmişdir.

15 aprel tarixində, RAİ-nın və DAM Fondunun prezidenti Fizuli Məmmədovun təşəbbüsü ilə Kurskaya Vilayətinin Nümayənləliyi Kursk şəhərindədə Sovet ittifaqının Faşizimin üzərində qələbəsinin 75 illiyi münasibəti ilə həsr olunmuş xeyriyə tədbiri keçirilərək, koronavirusun pandemiyası ilə əlaqədar olaraq rayonda çətin həyat vəziyyətində yaşayan 75 imkansız aztıminatlı yaşlı və kasıb aillələrə ərzaq çantaları ilə yardım edilmişdir.

10 aprelin tarixində, Azərbaycan ərazisində xeyriyyə tədbirlərinə start verərək İlk yardım və dəstək aksiyasını, Azərbaycan Gözdən Əlillər cəmiyyətinin təşkil etdiyi və Bakı şəhərinin Nərimanov rayonunda yerləşən yataqxanada yaşayan 300 nəfər əlil ailələrə ərzaq və zəruri əşyalarla yardım göstərilib.

11,12 aprelin tarixində isə Sumqayıt şəhərində və Azərbaycan Şimal bolgəsininin Xaçmaz, Quba rayonlarında kəndində xeyriyə tədbiri keçirilərək, koronavirusun pandemiyası ilə əlaqədar olaraq çətin həyat vəziyyətində yaşayan 600 imkansız aztıminatlı yaşlı və kasıb aillələrə ərzaq yardımı çatdırılmışdır.

15 aprelin tarixində RAİ-nın və DAM Fondunun prezidenti Fizuli Məmmədovun təşəbbüsü ilə və Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyuşçülər” Fondunun Rusiya üzrə nümayəndəsi ehtiyatda olan polkovnik Muxtar Fərəcovun təşkilatçılığı ilə, Azərbaycanın Cənub bölgəsinin, Lənkaran rayonda 1 savetlikdə və 5 kəndində xeyriyə tədbiri keçirilərək, koronavirusun pandemiyası ilə əlaqədar olaraq çətin həyat vəziyyətində yaşayan 110 imkansız aztıminatlı yaşlı və kasıb aillələrə ərzaq yardımı çatdırılmışdır.

Bu vaxta qədər, RAİ-nın və DAM Fondunun prezidenti Fizuli Məmmədovun təşəbbüsü ilə Azərbaycan ərazisində “Biz birlikdə güçlüyük” xeyriyyə kompaniyası çərçivəsində 2000 nəfərə kimi imkansız aztıminatlı yaşlı və kasıb aillələrə ərzaq yardımı verillmişdir.

Bundan sonrada koronavirusun pandemiyası ilə əlaqədar olaraq başlanılmış humanitar aksiyası planlı sürətddə Rusiyanın və Azərbaycanın digər bölgələrində də davam etdiriləcəkdir.

RAİ-inın və DAM Fondunun Rusiyada və Azərbaycanda keçirilmiş xeyrxaq fəaliyəti, yerli insanlar tərəfindən cox xoş qarşılanaraq, adı çəkilən regionların rəhbərləri və yardım almış az təminatlı ailələr, xalğın bu ağır günündə, ehtiyacı olan imkansız aztəminatlı ailələr göstərilən diqqət və qayğıya görə. RAİ-inın və DAM Fondunun prezidenti Fizuli Məmmədova öz minnətdarlığlarını bildiriblər.

Rusiya Azərbaycanlılar İttifaqının prezidenti Fizuli Məmmədov, Rusiya Federasiyası prezidenti Vladimir Putinin Rusiyada Koronovirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə, Rusiya xalqına etdiyi müraciətinə səs verərək, Moskva vilayətində yaşayan ailə vəziyəti ağır olan aztəminatlı tənha insanlara, xəstələrə və Koronovirus xəstəliyinə yolxulmuş vətəndaşlara xidmət edən tib işçilərinə hər kömək etmək üçün rəsmi olaraq 13.04.2020-ci il tarixində Moskva şəhər Merinin başçısı .S.Sabyaninə rəsmi məktubla müraciət edib.

RAİ-nın və DAM Fondunun prezidenti Fizuli Məmmədov əməlli işlə məşqul olaraq, Rusiyada fəaliyyət göstərən bütün diaspor,icma üzvlərini bu gün dünya xalqları üçün ən təhlükəli Koronovirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə bütün sahələrdə fəallığa dəvət edərək, onlara müraciət edərək bildirdi ki, Azərbaycan və Rusiya üçün hər zaman böyük işlər görən azərbaycanlılar, Koronovirus infeksiyasının tuğan etdiyi bu acınacaqlı və müsübətli günlərdə, Rusiya və Azərbaycan vətəndaşlarının tibbi-sosial müdafiyəsində yaxından iştirak edərək öz müdrük və sülhsevər xalq olduğumuzu nümayiş etməliyik.

Belə ağır zamanda Rusiyada və Azərbaycanda dilindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq, hər birimiz birləşib Koronovirus infeksiyasının qarşı bərabər mübarizə aparmalıyıq. Çünki, güclü Azərbaycan diasporu beynəlxalq məkanda güclü Azərbaycan dövləti deməkdir. Bizim vətən amalımıza gəlincə, Azərbaycan bizim üçün

məbəddir!. Dünyanın hansı ölkəsində yaşamağımızdan asılı olmayaraq vətən həssasiyyətimizi hər zaman qorumuşuq.

Ona görə də ürəyində Azərbaycan sevgisi olan hər bir elm adamını, biznes sahibini, ölkədən kənarda yaşasa da milli dəyərlərimizi qoruyan hər bir kəsi Azərbaycan dövlətinin güclənməsi naminə bu böyük ideyaya dəstək verməyə çağırır. Onun fikrincə, güclü diaspor bizim gələcək nəsillərə daha az problem qoymağımızın açarlarından biridir. Özünü azərbaycanlı sayan hər kəs üzərində belə bir mənəvi məsuliyyət olduğunu bir an belə unutmamalıdır.

Fizuli Məmmədov hesab edir ki, kömək və diqqət göstərmək təşkilatımızın əsas prioritetlərindəndir. Xeyriyyəçilik kömək gözləyənlər üçün mayak kimi parlayır. Yardım edərək, yalnız hədiyyələr vermirik, həm də sevinc və ümid bəxş edirik. Rusiya-Azərbaycan xaalqlarının bu günki ağır günündə göstərəcəyimiz xerirxaqlıq fəaliyyətimiz Rusiya-Azərbaycan xalqlarının yaxınlaşması kontekstində həm də diaspor fəaliyyətinə müsbət təsir göstərəcəkdir.

Rusiya Federasiyası Azərbaycan üçün həm geosiyasi, həm sosial yöndən önəmli ölkə sayılan və 2 milyondan artıq soydaşımızın yaşadığı və ən böyük diaspor potensialı olan ölkə statusu qazanan Rusiya Federasiyasınında nədənsə RAİ-nın və DAM Fondunun Fondundan başqa təkilatların heç bir fəaliyyətləri eşidilmir.

Bəs niyə görə hər vaxt özlərini nüfuzlu təşkilat hesab edən və rəsmi fəaliyyət göstərən “AzərRos” təkilatının səsi niyə gəlmir?, “AzərRos” əvvəl ki, rəhbəri, Mehriban Sadıxova Azərbaycanlıların adından sui istifadə edərək, Rusiya prezidenti yanında Millətlərarası Əlaqələr Şurasının üzvü, Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin “AzərRos” rəhbəri təyin edildikdən sonra həmişə diasporumuzun adından çıxış edərək ermənistan dövlətinin maraqlarına qulluq edərək, ermənilərə rəğbət bəslədiyini sübut edən M.Sadıxova və faktiki olaraq həyat yoldaşı erməni olan, qızını erməniyə ərə verən Ağadadaş Kərimovun niyə bu gün səsləri çıxmır.

Bəs bu gün hardadırlar Rusiyada və Azərbaycanda yaşayaraq özlərini azərbaycanlı hesab edən və ad günlərində xarici olkələrdən ən məhşur müğəniləri dəvət edərək onlara 5, 10, 15 və 23 miliyon dollar pul xərcləyən “iş adamarı”?, bəs niyə görə Azərbaycan xalqının və dölətin sərvətlərini, Xəzər dənizinin sahillərini özlərinə özünləşdirərək azərbaycanın bütün bölgələrində çoxlu sayda otel və mehmanxana sahibləri olan və məmurlar Kamalədin, Rövnəg, Fazil, Cahangir, Elmar, Cavid, Ziya və başqa aliqarx dövlət məmurlarının, 20-25 ilərdir deputat kürsülərini özəllişdirərək zəbt etmiş oliqarx deputatlar xalqın bü müsübətli günündə qacıb gizlənərək, Azərbaycan prezidenti İlham Əliyevin Koronovirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə, Azərbaycan xalqına etdiyi, “Biz birlikdə güçlüyük”çağırışına dəstək vermirlərlər?. Sanki, bunlar Koronovirus infeksiyasının yayılmasınından ehtiyatlanan və “EVDƏ QAL” şuarını əməl edərək evdə qalaraq özlərini və yaxınlarını qoruyurlar. Heç olmasa bu adamlar kasıbçılıqla böyümüş idmançımız Kamil Zeynallıdan və müğənni Rəksanə xanımdan ibrət götürərək utanıb xəcalət çəksinlər.

Biz də öz növbəmizdə, Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyuşçülər” Fondunun və Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək Mərkəzin kolektivi adından, Azərbaycan xalğının fədai oğlu və “Azərbaycan bizim üçün məbəddir!” deyən xeyriyyəçi iş adamı Füzuli-Məmməd oğlu Məmmədova və RAİ-nın, DAMə Fondunun bütün əməkdaşlarına, Koronovirus infeksiyasının tuğan etdiyi bu acınacaqlı günlərdə, Rusiyada və Azərbaycanda ehtiyacı olan imkansız az-təminatlı aillərə, xəstələrə, əlil, tənha insanlara göstərdikləri maddi köməkliklərə görə öz təşəkkürümüzü bildirirərək, onlara ən başlıca uzun ömür, can sağlığı və gələcək fəaliyyətində nailiyyətlər arzulayırıq.

Sərraf Oruc
Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyuşçülər” Fonduna
və Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək
Mərkəzin direktoru

Oxunub: 437
Oxşar xəbərlər
SON XƏBƏRLƏR