dini radikalizm və ekstremizmlə mübarizə

O, kimdir?


Onunla tanışlığımız bir tədbirdə oldu, vətənpərvər mövzudakı çıxışı mənim diqqətimi çəkdi. O tədbir xəbərlərdə işığ üzü gördü beləcə o gündən sonra Abşeron rayon tədbirlərində söz açacağım vətən oğluyla tez- tez qarşılaşdır. Hətta bir çox mövzularda fikir mütaliyyəsidə edirdik. Gənc nəslin vətənpərvər yetişdirilməsi mövzusu hər ikimizin həyat amalı idi. Bu gün oxucularıma söz açacağım insanın ilk növbədə həyatı haqqında məlumat vermək istəyirəm . Sonra yenədə onun gördüyü işlərdən söz açacağam.
O, kimdir?
Hüseynov Elmar Etibar oğlu, 1977-ci il iyul ayının 6-da Sumqayıt şəhərində anadan olmub.
1995-ci ilin iyulun 31-də Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil olmuş, 1999-cu il məktəbi artilleriya ixtisası üzrə müvəffəqiyyətlə (fəqrlənmə ilə) bitirib. 1998-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamina əsasən birdəfəlik pul mükafatı olan “Prezident təqaüdü” ilə təltif olunub.
2008-ci ilin martın 4-də 703 nömrəli hərbi hissədə xidməti dövründə düşmənin təxribatının qarşısını alan zaman düşmənə ağır itkilər verməsi ilə əlaqədar olaraq insiativi öz üzərinə götürərək SPQ-8V tipli dəzgahlı qumbara atan ilə düşmənin iki uzun müddətli daldalanacığını və oradakı əsgərləri məhv edib. Bu işdə onunla birlikdə polkovnik-leytenant Bakir Hüseynovunda olduğunu qeyd etməyi özümüzə borc bilirik. Ümumiyyətlə həmin döyüş tarixi əhəmiyyəti 1994-ci ildə sonra düşmənə ağır itki verilən artilleriya silahlarının tətbil edildiyi ilk döyüşdür ki, bunu o zaman kapitan olan Elmar Hüseynov 82 mm avtomotik minaatan batareyasını batareyanın baş zabiti leytenant Teyub Dadaşov ilə təşkil edib. Özü bu haqda heç vaxt danışmasada biz bunu öyrəndik.
İndi osə çüsahibim Elmar Hüseynov özü dedikləri.
- Bu barədə mən 2015-ci ildə Polkovnik Elsəvər Əliyevdən öyrəndim. Cənab polkovnik mənə bir sual verdi . Dedi xəbərin var 2008-ci ildə 19 mərmi ataraq nə qədər erməni zabit və əsgəri məhv etmisən?
Dedim xeyr, mən sadəcə üzərimə düşəni etdim. Məndə ona belə sual verdim bəs nədən bu günə kimi adım bir yerdə səslənmir bütün pillələrə zülm ilə qalxmışam. Hətta o zaman SPQ mərmiləri başqa adamın adına yazılıb ona medal verildi. Bunlar olan işlərdir. Məyus olmaq olmaz ən böyük mükafatı Allah verir və veribdə...
Söhbətimiz zamanı Elmar Hüseynov bu hadisənin digər qəhramanlarınında adını çəkdi.
Kapitan Əliyev Süleyman, Baş-leytenant Muradov Tofiq, kapitan İsmaylov Naibş mərhum Əliyev Fərid.

O, həmişə qeyd edir tək əldən səs çıxmaz. Döyüş öncəsi bir yüksək rütbəli zabit ilə mübahisə etdiyini xatırlayaraq ona dediklərini bizə də söylədi:
Mən eməniyə Nifrət ilə tərbiyə olmışam Ana babam Qaçaq Mayıl tarixi şəxsiyyət olub M.Ə. Rəsulzadəni Lahıc meşələrinda saxlayaraq Türkiyə salamat aparan Musavat və Fədai təşkilatının aparıcı döyüşçüsü olan Babamın tarixi mənə səhərki əməliyyatda şərəflə çıxardacaq. Siz özünüz yaxşı araşdırın. Qaçaq Mayıl Yalama , Digah Dəvəci döyüşlərinin qəhramanıdır. O, Anadoluda erməni qiyamının yatrılmasında və digər Türkiyə savaşlarında iştirak edib. Bu uzdəndə Nuru Paşanın dostu silahdaşı olub. İnsan sonradan vətənpərvər olmur. İnsan vətənpərvər dünyaya gəlir. Mən ehtiyata çıxdıqdan sonra bütün fəaliyyətimi Azərbaycanın müstəqilliyimin əbədi olması, qorunması üçün səfərbər edəcəm. Bu yolda bu gün də adımlarımı atıram.
Yenədə Elmar Hüseynovla dərdləşirik, vətənimiz çox ağır və çətin günlər yaşayır karonavitus pandemiyası insanları çox sarsıdıb. Bu gün hər kəs bir birinə yardım edir. İnsanlar sanki mehribanlaşıblar. Çətin gün bizi sıx birləşdirib.
Elmar Hüseynov dedi:
Almaz xanım bilirsiz biz həmişə yardım etmişik amma işıqlanmasını istəməmişik. Köməkliyi etməkdə məqsədimiz reklam olunmaq olmayıb.
Mən onun etirazına baxmayaraq görülən işlərin fotolarını, videolarını izləmək istədiyimi bildirdim . Beləcə jurnaliat taktikasından istifadə edərək lazımı məlumatları əldə etdim.
6 ay əvvəldən insanlara yardımçı olmağı özünə ən ali vəzifə götürən tədbirlərə başlayan Elmar Hüseynov tanımadığı insanlara yardım etməkdəm böyük zövq aldığını bildirdi.
O, qeyd etdi ki, - bu hər bir müsəlmanın vətəndaşın börcudur.
Ulu Öndərin bir sözü hər zaman yadımdadır "Müstəqilliyi qazanmaq nə qədər çətin olsada onu qorumaq bir oqədər çətindir." Bax bu çətinliyə görə dövlətimizin yanında təmənnasız olmağa çalışıram. Mənə sual verirlər burda qazancın nədir ? bunun net cavabı bu gün dövlətdən aldığım pensiya təminatımın əvəzi orduma xidmətim xalqıma xidmətim olaraq davam edir.
Eynizamanda onu da qeyd edə ki, Elmar Hüseynov Müharibə veteranidır.
2009-2011-ci ildə Silahli Qüvvələrin Hərbi Akademiyasın bitirb.
P.S. Bəli əziz oxucularım bu gün siz bir hərbiçi həyatı yaşamış vətənpərvər, imanlı bir oğulu tanıdınız. Xeyriyyəçiliyi mütəmadi davam etdirən amma bu haqqda bir kəlmədə danışmağı sevməyən bir əməlisaleh insanı tanımaqla qürurlanacağınıza inanıram.

Almaz İlahə





Oxunub: 1 341
Oxşar xəbərlər
SON XƏBƏRLƏR