dini radikalizm və ekstremizmlə mübarizə

Djb.az rəhbəri hər kəsə çağırış etdi


Əziz həmvətənlilərim, dürüst olan qardaş və bacılarım bu yazıda işlədəcəyim bəzi fikirlərə görə sizlərdən üzr istəyirəm.
Amma bir misal var "Desəm öldürərlər, deməsəm ölləm."
Amma mən yenədə müraciət etməyi özümə borc bilirəm.
Həqiqətən bu gün az təminatlı ailələrin vəziyyət çox çətindir. Və bu çətin gündə dövlətdən bəhrələnən amma bu gün kənarda "şkurasın" dərisi qoruyanlara üz tutub demək istəyirəm.
Bu gün vətən dardadır. Xalqın bu çətin günündə təşkilatlar, ictimai xadimlər, iş adamları, məmurlar hardasınız? Sizlərə necə çağırış edək ki, müəllətin səsini duyasınız? Necə bildirək ki, millətimiz çox çətin günlər yaşayır. Bundan da ağır günlər olacaqmı?!
Xalqdan bəhrələnən müğənnilər hardasınız?
Nənələrin əlini öpən namizədlər hardasınız?
Xalqa söz verən millət vəkilləri hardasınız?
Şou biznesin gülləri, çiçəkləri, ay naz-nemət içində üzən göyçəkləri hardasınız?
Hardasınız, məhsullarına reklam üçün pul buraxanlar?! Həə məhsullar onların içində can da var, cananda var.
Hardasız əli yağda-balda olan məmur xanımları? Axı bir xəz dərinizin pulu ilə ən azı 100 ailənin azuqəsini verə bilərsiniz? Heç düşünürsünüzmü sizin həyat yoldaşınızın yaratdığı şərait, naz nemət bu millətindir. Bir ömür onlardan yediyinizi bir gündə qazancınızı onlara verin.
Hardadır pul içində üzən qardaşlar? İstənilən arzusuna pul gücünə çatan kişilər? Bir gündə müğənnini pulu gücünə ulduz edən qaqaşlar hardasınız?
Hardasız poddelka dindarlar? Ad üçün ziyarətləri gəzən kərbəlayilər, həcilər.
Gözəlliyindən keçmədikləri xanımları pulu ilə, dili ilə, yalançı siğələri ilə ram edən dindarçiklər hardasınız? O qadınlara payladığınız pulun bir aylığın bu xalqa, millətə ayırın. Evdə qalmağınızın bu millətə bir xeyri olsun.
Allah bu bəlanın çox azını bizim respublikaya saldı. Şükür. Baxın başqa respublikalarda milçək kimi qırılan insanlara baxın.
Hələdə Allahın göndərdiyi bu sınaq sizləri yatdığınız yuxudan ayıltmırmı?
Ayılın bu qəflət yuxusundan ayılın.
Darda olanlara əl uzadın. Karonavirusdan dəfn olunan video sujetlərə baxın və dərk edin ki, hər an sizlər də onlardan biri ola bilərsiniz.
Allahın mərhəməti böyükdür. Amma səbrinin bitdiyi zamanda ola bilər. Mərhəmətli və səxavətli olun ki, Allah da sizə qarşı mərhəmətli olsun! Unutmayın atdığınız hər bir addımın qarşılığın geri alacaqsınız!
Bu gün cənab prezident xalqa yardım edən iş adamlarına və könüllülərə təşəkkürün bildirdi. Birlik olaraq xalqa dəstək olduqları üçün sevincli olduğunu dedi.
Heç olmasa onun ehtimadını doğrultmağa çalışın. Sizlərə verdiyi vəzifənin kəffarəsi bu xalqa etdiyiniz olsun. Başqa yolla siz pul xərcləməyəcəksiniz.

Almaz İlahə

Oxunub: 517
Oxşar xəbərlər
SON XƏBƏRLƏR