dini radikalizm və ekstremizmlə mübarizə

MƏN SƏNİ SƏNSİZDƏ SEVİRƏM RAHİM!


Cənnətdəki yeni yaşın mübarək Şəhidim.Gedərkən üzündə təbəssümlü xatirələrini qoyub getdin. İndi bu gülüşlərinə bir şəkildən və ya soyuq bir daşdan izləmək nə qədər acıdı olduğunu bir bilsən. Kaşkilərlə əlbə yaxa qalmışam, kaşki səhər yuxudan oyananda bütün bu yaşadıqlarımızı yuxu bilib oyansaq yenədə xoşbəxt o günlər olsa. Və zamanı geri çəksək, müharibə bitmiş olsa sən də gülərək evinin qapısını döysən necə gözəl olar. Nicatın qaçıb qapını açsa və sənin yeni yaşını qeyd etsək ????mən sənə ????yaşa desəm amma xatirələrdə yox bizimlə birgə, ailənin yanında yaşlan desəm olmazmı ??? Nə qədər kaşkilərimiz qaldı ????düzdü sevənlərin çoxdu sənin igidliyindən qəhrəmanlığından danışır, hər kəs necə gözəl insan olduğunu deyir, tanıyanların, sevənlərinin sayı hesabı yoxdur. Amma balalarınında sənə çox ehtiyacı var, atasının ad gününü məzar başında yox süfrələrinin kənarında gülüb danışaraq qeyd etmək istəyirlər hamının atası kimi əlindən tutub məktəbə aparmaqlarını istəyirlər başlarına sığal çəkib qucaqlıyıb mən yanınızdayam deməyinə ehtiyacları var axı onlar körpədi ata sevgisinin verdiyi xoşbəxtliyin əvəzi yoxdu bir ata təbəssümünün bir ata xoş sözünün əvəzi yoxdu.Cənnətdəki yeni doğum günün mübarək igid qəhrəmanımız hər il yenidən dünyaya gəlirsən Şəhid adınla hər yeni yaşında tanıyanlarının sayı çoxalır .


P.S. Rahimin həyat yoldaşının yazdığı bu yazını oxuduqda sanki onun səsini eşitdim. Mən səni sənsizdə sevirəm Rahim.

Almaz İlahə Əhmədova



Oxunub: 750
Oxşar xəbərlər
SON XƏBƏRLƏR