dini radikalizm və ekstremizmlə mübarizə

Tarixi görüş...


Hacı Zeynalabdin Tağıyevin nəticəsi Bakıda - babasının heykəli önündə...

Bu gənc oğlan məşhur xeyriyyəçimiz H.Z.Tağıyevin Fransada yaşayan nəticəsi Alban Klod`dur.

Milyonçu Hacının ikinci oğlu Sadıxın nəvəsi olan Alban Klod ilk dəfədir Azərbaycana səfər edib.

Qeyd edək ki, A.Klod ilə noyabrın 1-də babasının keçmiş imarətində - hazırki Tarix Muzeyində görüş keçiriləcək. Giriş sərbəstdir. Görüş səhər saat 11-də başlanacaq.

Alban Klod tarix və müasir dünya prosesləri ilə bağlı fikirlərini və babası haqqında eşitdiklərini, bildiklərini bölüşəcək.

Yeri gəlmişkən, ixtisasca tarixçi olan Alban Klod qədim dövr tarixinin tədqiqi ilə məşğuldur. O, həmçinin Qacarlar sülaləsinin tarixi ilə də yaxından maraqlanır.

P.S. İnsanlar ölür, amma nəsillər ölmür. Nəsillər yaşayır, davam edir. Hacının da nəsli davam edir. Bu nəsil Azərbaycanın milli sərvəti sayılır. Alban Klodun öz köklərinə qayıdış cəhdi alqışa layiqdir.

Bəybala Mirzəyev

Oxunub: 529
Oxşar xəbərlər
SON XƏBƏRLƏR