dini radikalizm və ekstremizmlə mübarizə

MÖHTƏŞƏM LAYİHƏ

MÖHTƏŞƏM LAYİHƏ
Tədbirdən çox gözəl təəssüratla və böyük ruh yüksəkliyilə ayrıldım.
Möhtəşəm layihə idi.Bir daha təbrik edirəm sizi.
Tədbiri səmimi sözlərlə başladığınızdan çıxış edən hər bir tədbir iştirakçısı səmimi ürək sözlərini bildirdilər.Hamı səmimiyyətə köklənmişdi.
Tədbirdə ifa olunan şeirləriniz ürəyimizdən xəbər verirdi.Hamımız kövrəlmişdik.Çünki qəlbimizdəki böyük Qarabağ yarasının qaysağın qoparırdı.
Keçirilən tədbirin mənimçün çox böyük əhəmiyyəti var idi..Birinci ona görə ki, həyatımda ilk dəfə çox doğma bir insanın dəyərli bir gününə dəvət almışdım. Digər tərəfdən sevincimin səbəbi o idi ki, çoxdan arzuladığınız vətənpərvər mövzuda olan şeiriniz bəstələnib ərsəyə gəlmişdi.
Adınıza ürəkdən şad idim.
Şeiriniz, musiqi , ifa və klip mükəmməl təsir bağışladı.
Bir sözlə şeir, bəstə, ifa insanın qəlbin, ruhun riqqətə gətirirdi.
Möhtəşəm idi bir sözlə.
Yəqin ki, media işçiləri bə jurnalistlər bu tədbir haqqında daha geniş və dolğun məlumat yayımlayacaqlar.
Mən sadəcə sizə , Vətənimin cəsur qızına hər sahədə uğurlar diləyirəm.

Bəstəkar: Yaqut Almaz

Oxunub: 465
Oxşar xəbərlər
SON XƏBƏRLƏR