dini radikalizm və ekstremizmlə mübarizə

Çox dəyərlisiniz!

Çox dəyərlisiniz!
Bir qadın rəsmindəki təbəssümə aldanmayın. Bu hələ xoşbəxtlik deyil. Bir qadının ailədəki, cəmiyyətdəki, sosial şəbəkədəki pozitiv əhval-ruhiyyəli tablosu da aldadıcı ola bilər. Bu sadəcə təqdimatdır, görüntüdür. Bir qadının həyat eşqi də əsla və əsla aşkara çıxmaz. Yoxsa belə varmiş kimi göstərər, iz azdırar. Bir qadının gözəl makiyajı, geyimi, statusu, cazibədarlığı, zövqü, şövqü də hələ ruhsal kriteriya, müsbət göstərici sayılmaz. O bunu düşmənləri sevindirməmək, gücsüzkən güclü görünmək üçün də edər.

Bir qadını yalnız gözlərindən təyin edin. Bir qadın yalnız və yalnız göz ifadəsindən tanınar. Bir qadının içindəki bütün bədbəxtliklər və xoşbəxtliklər yalnızca göz bəbəyindən sezilər.

Kişi çox şeylə sınır. Pulsuzluqla, işsızliklə, uğursuzluqla....ya da nə bilim, övladına istədiyi oyuncağı, geyimi ala bilməməklə. Borcla, mərdimazar həmləsilə, dost hiyləsilə. Əlqərəz, yüz səbəblə.

Qadını isə sındıran tək şey sevgisizlikdir. Qadın o qədər güclü varlıq ki, sevginin var, xəyanətin yox olduğu yerdə ən kasıb, ən bitkin, ən ümidiz halı ilə belə quru canını sənə fəda edər. Qadın fədakarlığı kişilərdən daha gözəl bacarır. Qadın qorumağı kişilərdən daha yaxşı bacarır. Qadın həsr olmağı kişilərdən daha yaxşı bacarır. Qadının kişidən daha yaxşı bacarmadığı tək şey unutmaqdır....

Gözlərinizdəki əsl təbəssüm heç vaxt tükənməsin, əziz xanımlar...
Tanrı qismətinizə heç zaman zorən qatlaşacağınız insanları, sevgisiz mühiti yazmasın...

Çox dəyərlisiniz!
Bayramınız mübarək....

Konul Memmedzade

Oxunub: 696
Oxşar xəbərlər
SON XƏBƏRLƏR