dini radikalizm və ekstremizmlə mübarizə

Xocalı soyqırımı...

Xocalı soyqırımı...

1992-ci il, 26 fevral...

​1991-ci ilin oktyabrından Xocalı şəhəri erməni qəsbkarları tərəfindən mühasirədə idi. Eyni zamanda şəhər mütəmadi olaraq erməni silahlı qüvvələrinin iriçaplı silah və texnikaları tərəfindən hər gün atəşə məruz qalırdı. Şəhərə elektrik verilmirdi, sonuncu sərnişin vertolyotu Xocalıya yanvarın 28-dən uçmuşdu. Hava məlumatı Şuşa üzərində vertolyot vurulandan sonra kəsilmişdi.

Fevralın 25-i gecə keçmiş sovet qoşunlarının 366-cı motoatıcı alayının hərbi texnikası şəhərin ətrafında döyüş mövqelərinə gətirildilər. İki saat ərzində tank, BTR və “Alazan” sistemli texnikalardan atışma getdi. Bundan sonra erməni silahlı qüvvələrinin bölmələri Xocalını ələ keçirdilər.

Silahsız xocalılara qarşı atəş açıldı. Demək olar ki, onların hamısı insanlığa sığmayan işgəncələr və vəhşiliklərlə Əsgəran-Naxçıvanik çökəkliyində həlak oldular. Sakinlərdən kiçik bir hissə cəlladların əlindən qurtara bildi ki, onların da çoxunu dağlarda don vurdu.

Hücumda 366-cı alayın 2-ci taburuna mayor Seyran Ohanyanın (Ermənistanın hazırki müdafiə naziri) rəhbərliyi ilə, eləcə də 3-cü tabur Yevgeniy Naboxin, 1-ci tabur Çitçyan Valeri İsayeviçin və 50-dən çox erməni zabit və gizirin iştirak edirdilər. O zamanlar hücum nəticəsində qadağan olunmuş 5,45 çaplı güllələr və kimyəvi silahdan sitifadə olundu.

Şəhər tamamilə yandırılmışdı. O müdhiş gecə 63 uşaq, 106 qadın və 70 qoca həlak oldu…

Qətliam nəticəsində 613 nəfər həlak oldu. 8 ailə tamamilə yer üzündən silindi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Faciə gecəsi 1275 dinc sakin əsir götürüldü, 150 nəfərin taleyi haqda hələ də məlumat yoxdur.

Müxtəlif yaşlarda olan 1000 xocalı sakini aldıqları güllə yarasından şikəst qaldılar.

Rusiyanın “Memorial” Hüquq Müdafiəsi Mərkəzinin məlumatına görə, 4 gün ərzində Xocalıdan Ağdama 200 meyit çatdırıldı. Onlarla meyitin üzərində zorakılıq əlamətləri aşkar edilmişdi. Hüquq Müdafiəsi Mərkəzinin məlumatına görə, həmçinin sağ insanların dərisinin soyulması faktı da qeydə alınmışdı.

Hikmət Məmmədov
Aprel Qazisi
Xocalı soyqırımı...

Oxunub: 1 170
Oxşar xəbərlər
SON XƏBƏRLƏR