Qadın kimdir? -İlk öncə canının övladı yolunda hər an qurban verə biləcək ana!
Qadın kimdir?- həyatın yenişli yoxuşlu yolunda ailəsini qoruyan bir dişi aslan!
Qadın kimdir?-Vətənə sədaqətli ərənlər yetirən qəhrəmanlar anası!
Qadın kimdir?- Dünyaya məhəbbət saçan bir mələk!
Qadın kimdir? Sevgisini sədaqətlə izləyən, bir ömür həsrətini çəkən, dərdini içinə gömən, nəfsinin deyil qəlbinin qulu olaraq yaşayan canlı heykəl!
Qadın kimdir?-Yerdə də göydə də Allah tərəfindən sevilən dəyərli varlığ!
Bu gün mənim üçün həm yerdə, həm göydə dəyərli olan bir ananın, bir bacının, bir dostun doğum günüdür.
Mən onu az müddətdə tanıdım amma illərin güvəncini qazandı.
Mən onun dostluğa verdiyi dəyərlə sevdim.
Onu tanıdım, tanıdığca zəngin bir insan olduğunun şahidi oldum. Üzündəki saf gülüşü, bəzən dalğın, bəzən kədərli baxışlarıyla demədiyi hər bir kəlməsini oxudum.
Və sevdim bu qadını.
Bu gün ad günüdür mehriban simalı Mehribanımım. Əziz dostum doğum gününün gətirdiyi yeni yaş həyat yoluna uğurlar gətirsin, mənalı günlər ömrünə çıraq olsun. Övladının xoş günlərini görəsən. Əməyinlə qazandığın uğurların sonsuz olsun.Sənə ən başlıcası can sağlığı və qadın xoşbəxtliyi arzulayıram.
Hörmətli həmkarım sizi öz adımdan və kollektivim adından təbrik edirəm.
Hörmətlə
Almaz İlahə
Təsisçi
Oxunub: 1 115