dini radikalizm və ekstremizmlə mübarizə

Bu gündən ov mövsümü başlayır

Bu gündən ov mövsümü başlayır
AzVision.az xəbər verir ki, ilk olaraq cütdırnaqlılardan Dağıstan turunun ovuna icazə veriləcək. Onun ovlanması oktyabrın 13-dək mümkün olacaq.

Qeyd edək ki, Azərbaycanda 12 ovçuluq təsərrüfatı var və 215 min hektar ərazini əhatə edir. Yalnız ovçuluq bileti olan şəxslərə heyvanların ovlanmasına icazə verilir. Ovçuluq bileti almaq üçün test imtahanından uğurla keçmək lazımdır. İmtahanda iştirak edənlərin silahla davranmaq qaydası, Azərbaycan qanunvericiliyi, fauna növləri haqqında bilikləri yoxlanılır. Bundan əlavə, xarici ölkə vətəndaşlarının da ovla məşğul olmasını tənzimləmək üçün qaydalar tətbiq olunur. Qanunsuz ovçuluqla məşğul olanlara qarşı isə tədbirlər görüləcək.

Oxunub: 649
Oxşar xəbərlər
SON XƏBƏRLƏR